Molla Nəsirəddin lətifələri

Molla Nəsirəddin lətifələri
Karikatura - Lətifələr
07.11.2017 1 195
Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib deyir:
- Molla mən özümə bir möhür düzəltməz istəyirəm. Mənim üçün iki misradan ibarət elə bir şeir yaz ki orada mənim həm adım olsun həm şan-şərəfimdən olsun həm də nişanələrimdən biri olsun. Yazdıracağam möhürün üstünə.
Molla baxıb görür ki bu adamın gözləri göydür saqqalı sarıdır adı da ki Fərzəli bəydir. Bir az fikirləşib yazır:
Gözü göy saqqalı sarı özü səy
Eşşəyin dal ayağı Fərzəli bəy.


Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalığa çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna.
Soruşurlar: Molla bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?
Molla cavab verir ki: Kişinin malı gözünün qabağında olmalıdır.


Molla bir gün yol ilə gedirmiş qarşısına bir quyu çıxır. Ətəklərini yığışdırıb tullanır ancaq o tərəfinə düşə bilməyib ortasına düşür. Öz-özünə deyir:Ax cavanlıq cavanlıq!.. Olaydı cavanlıq...
Sonra bir o tərəfə bir bu tərəfə baxıb görür ki heç həs yoxdu deyir: Amma öz aramızdı heç cavanlıqda da bir zibil deyildim.


Gecə yarısı Molla çıxıb küçələri axrarmaya başlayır. Qarovulçu gəlib onu tutur ki: Gecənin bu vaxtı buralarda nə axtarırsan?
Molla deyir: Yuxum qaçıb onu axtarıram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!