Uşaqların dilindən lətifələr

Uşaqların dilindən lətifələr
Karikatura - Lətifələr
10.09.2017 17
Orxan muzeydə çılpaq qadın heykəlini görüb anasından soruşur:

-Ana, bu xala soyunub?

-Hə.

-Bəs hamam hanı?



* * *



-Aytac, sən niyə bağçaya getməmisən?

-Xəstəyəm.

-Haran ağrıyır?

-Başım öskürür.



* * *



Üç yaşlı Aydan nahar edərkən pişik onun ətrafında fırlanır və həsədlə ona baxır.

Aydan ona deyir:

-Heç istəmə, onsuz da verməyəcəm. Sən dünən siçan yeyəndə mənə vermədin.!



* * *



-Ana, fil balaları haradan əmələ gəlir?

-Bilirsən, qızım, ...

-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.



* * *



-Ana, məni çox sevirsən?

-Əlbəttə, balam!

-Onda dondurma satan kişiyə ərə get!



* * *



Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır. Sinif rəhbəri ondan soruşur:

-Niyə ağlayırsan?

-Müəlliməmiz pilləkəndən yıxılıb.

-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.

-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O yıxılanda mən bufetdə olmuşam.



* * *



Oğlan meteoroloji stansiyada işləyən atasından soruşur:

-Ata, sənin hava haqqında dediklərin həmişə düz çıxır?

-Həmişə, ancaq tarixləri bəzən düz gəlmir.



* * *



-Neçə yaşın var?

-Tezliklə 8 olacaq, indi 3-dür.



* * *



Uşaq soruşur:

-Ata, yenə tort istəyirsən?

-Yox, bala.

-İndi də sən məndən soruş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!