Gülüş ömür uzadır

Gülüş ömür uzadır
Karikatura - Lətifələr
10.09.2017 41
Müəllim uşaqlardan soruşur:

-Uşaqlar deyə bilərsiniz balıqlar niyə danışmırlar?

Əhməd adlı şagird ayağa qalxır və deyir:

-Müəllim sizin başınızı suya soxsam,danışa bilərsin?

 

Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”

Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”

 

 İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:

- Niyə qayıtdınız?

- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

 

İki rəfiqə bir-biri ilə dalaşır:

- Sən axmaqsan!

- Sən özünsən axmaq!

Bunu görən bir oğlan uşağı yaxınlaşır:

- Gözəllər, dalaşmayın siz ikiniz də düz deyirsiniz.

 

  Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: "İçki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: "Əskərlər ölməz.”

 

 Biri gəlib məhəllədə başlayır goplamağa:

- Uşaqlar keçən həftə getmişdim afrikaya.

Uşaqlar buna sual verirlər:

- Orda göy rəngli fillər olur onu necə öldürürlər?

- Xüsusi silahla

- Bəs yaxşı qırmızı filləri?

- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla

- Bəs yaşıl filləri?

- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla

- Bəs sarı filləri?

Cavab tapa bilmir:

- Sarı fil olur, əəə??

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!