Xanımlar gəlin bir az gülək

Xanımlar gəlin bir az gülək
Karikatura - Lətifələr
10.09.2017 8
1.Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur:

- Sən kimsən?

-Mən arağam.

-Səni kimin şərəfinə içdilər?

-Əhmədağanın!

Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur:

-Adə, yenə sən?

-Hə, nolubki?

-Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər?

-Əhmədağanın!

Pomidor bu dəfə dözmür:

-Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!))



2.Səfərqulu əlində qəzet qışqırır:

-Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!!

Bir kişi maraqlanır, qəzeti alır. Usaq bir az kənarlaşır, yenidən qışqırır:

-Fantastika, şok xəbər. 100 nəfər aldadılıb)))



3.80 yaşında ər-arvad evdə otururlar, canları sıxılır. Arvad düşünür-düşünür və ərinə deyir:

- Əzizim, gəl biz gəncliyimizi xatırlayaq, yenə əvvəlki kimi məni görüşə çağır..

Ər razılaşır. Bu axşam səni sahildə saat 6 da gözləyəcəm deyir.

Nə isə adam gedir sahildə gözləməyə başlayır. Yarım saat keçdi, 1 saat keçdi, 2 saat, 3 saat,arvad gəlmədi. Adam əsəbləşir evə gəlir qapını vurur açır:

- Hardasan sən, neçə saatdır səni sahildə gözləyirəm,- deyir

Arvad: E atam icazə vermədi evdən çıxmağaaa))

 

4.İki Gəncəli qız olur universitetə girib gəlirlər Bakıya.

Sovetskidə kirayə qalırlat və ləhcələri gələjəm-gedəjəmlə danışırlar.

Sovetski uşağı bunlara dyir ki:

-Anam bacim, siz j ilə danışırsız gələjəm gedəjəm, burda sizə çuşqa kimi baxacaqlar. Siz C deyin gələcəyəm, gedəcəyəm.

Qızlar çox sağol deyirlər

Bunlar şəhərdə gedəndə 2 bakılı qız yol gedə-gedə danışır:

-Aaaa znayeş daaaaa, oydaaa boje moye eeeeeeeee

Onda gəncəlilər:

-Aaaaaa cuşqalara bax eeeee Boje yoxe, Boce:-)))

 

5.Bir gün bir qoca kişi metroda cavan oğlandan soruşur:

-Gəncliyə necə qayıdım bala?

Oğlan cavab verir:

-Qocalıqdan gəncliyə metro getmir baba))

 

6.Hansı gülün bığları olur?

-Mən nə bilim, de də

-Abdullah Gülün))))

 

7.Bir oğlan türk qızı ilə tanış olur və ondan yaşını soruşur:

-Necə yaşınız var?

Qız: Kaç gösteriyorum))

Oğlan: Qaçdım göstər -скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!