Gülüş vaxtıdı qızdar

Gülüş vaxtıdı qızdar
Karikatura - Lətifələr
10.09.2017 42
Toya gedib məhşur bir müğənni ilə şəkil çəkdirib və evə gələndə qonşularına "Papamın goru bu müğənni ilə çox yaxınıq... Ailəli gediş-gəlişimiz var" deyen xalalar da var
 
Uşaqlığım Coca-Cola'nın qapağının altındakı o mavi plastik şeyi çıxartmağa çalışmaqla keçdi (:
 
Həyatda hər şey mümkündü deyən insan...Ağzını açıb "B" hərfini deyə bilərsən? =]100% yoxladız, hə??? yenə də bacarmadız :))))
 
Məktəbdə və ya universitetdə əlinə qara flomaster alıb, qızların tualetində "Mamed aşkım, səni çoooox sevirəm" yazan qız - Mamed də yazdığını oxuyacaq axı.. ))
 
Uşaqlıq şəkillərinə baxıb.."uyydaaa" nə gündə olmuşam :))))
 
sevgi futbola bənzəyir, ya udursan ya uduzursan,bərabər qalanda isə evlənirsən :)
 
Ağlımı başımdan alana, ürəyim hədiyyə ♥
 
İnsanların bir birini itirmək üçün əlindən gələni etdiyi yeganə yer - "oçered" di :))
 
Qar yağan günü çölə çıxanda məhlə uşağının əlində QARTOPU görən kimi "MƏN XƏSTƏYƏM HAA" deyənlər bilirəm burdasuz =))
 
Metroda Maşinistlə əlaqə düyməsini basıb "Gənclikdə saxlıyarsan" deyən qaqaş — aəə sən niyə ölmürsən))))
 
Vanish xalçadakı mikrobların 99%'ni təmizləyirmiş.Geridə qalan 1%'in göstərdiyi inanılmaz dirəşmə qüvvəsinə xüsusi alqışlar =)))
 
Amerikada 2 dost dava edir, 3 cu araya girir:- dostlar dava etmeyin axi biz dostuq.Eyni hal Azerbaycanda, 3cu araya girir:- ala ala boynuna yapiw ala ayagina gir ayagina :))))
 
Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" deyən adama "Bizimkilər" deyilir =)))
 
Avtobusa hər dəfə gözəl bir qiz mindikdə yanındakı boş oturacağa oturması üçün dualar edən qaqaş arzusu ürəyində qaldığı üçün yerindəcə keçinmişdi =))
 
Azərbaycanda oğlanların bir'birinə gün ərzində verdiyi ən çox sual — "Brat, yandıranın olmaz?" =)))
 
"I love 11" bu yazını sən də "I love on bir" kimi oxudunsa narahat olma — sən tək deyilsən :))
 
Uşaqlığında bir dəfə də olsun nan kurtkavın zamokunu bağlıyanda zamokun ucu çənəvin dərisini çimdikliyibsə — bizlərdənsən =))
 
Nauşniki taxıb ev tozsoranlıyan qız...yarım saatdan sonra telefonun zaryatkası qutardığına görə anlamışdır ki, tozsoranı hələ toka taxmıyıb =)
 
Ən kiçik ayaq barmağının dəydiyi şkaf, itən pult, donan komp, itən set, ölüvay tərpənmiyən internet — VALLAH sizin yediyiniz söyüşləri bugünə qədər kimsə yemədi =))
 
-Alo, xanım, sizinlə tanış olmaq olar?
-Ata bəsdi məni yoxladın, gələndə çörək al.
-Yaxşı, qızım :)))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!