Gülməli atalar sözləri

Gülməli atalar sözləri
Karikatura - Lətifələr
10.09.2017 32
Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.



Soğan yeməmisənsə niyə it iyi verirsən?



Od olmayan yerdə kabab bişirmək olmaz.



Anasına bax qızını al, atasına bax maşınını.



Torpaq deyər- öldürmə məni, firla məni balalarının başına. . .



Kasıb öləndə molla məzuniyyətdə olar.



Ayı qandı-kürd qandı.



Pişik balasını acından yeyər.



İt itin ayağını pedikür eləməz.



Qarğa, məndə kakos var.



Ətini yesəm də, kartofunu sənə saxlayacam.



Su meymunun boğazına qədər qalxanda akvalanq paltarı geyinər.



Meymun baxdı güzgüyə, makiyaj elədi.



Cəhənnəmə gedən özü ilə kondisioner aparır.



Tələsən tıxaca düşər.



Qudurasan qurbağa, başlayasan saçlarını burmağa.



İgid ölər bankda pulu qalar.



Təzə ay çıxanda köhnəni ulduzlarla barter edərlər.



Ağa Nəzərəm, Mersedesdə gəzərəm.



Yaxşı dost ad günündə tanınar.



Stamatoloq verən atın dişinə baxmazlar.



Yaxşı at özünə tatiurovka döydürməz.



Borclu borclunun mobil telefonunu əlindən alar.



Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.



İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.



İlan vuran kabeldən qorxar.



Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.



Karın könlündəki, korun qulağındakı.



Dərə xəlbət, tülkü makler.



Bala "baunty"dən şirindi.



Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.



Yaxtan olunca bəxtin olsun.



Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.



İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.



Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.



Tutulmadınsa, rüşvətxor deyilsən.



İt itin ayağını basmaz. Pedikürü pozular.



Gözələ baxarlar. Yanında oğlanı olmasa.



Salam aldın, çek tələb et.



Bir oğlan bir oğlanındı. Tbilisi prospektində



Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.



Qozbeli aerobika düzəldər.



Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!