Çukçalar haqqında lətifələr

Çukçalar haqqında lətifələr
Karikatura - Lətifələr
10.09.2017 77
İki çukça göyə baxır. 
- Bax, təyyarə uçdu. Hökumət təyyarəsidi.
- Yox, hökumət təyyarəsi olsaydı, yanında motosikletlər də gedərdi.

Çükça lotereyada Volqa udur. Maşını almağa gedib deyir: 
-Mənə qırmızı Volqa verin.
- İstəyirsiz qara, yaşıl maşın verək?
- Yox, ancaq qırmızı.
- Qırmızı yoxdu. 
- Onda mənim 50 qəpiyimi qaytarın.

İki çukça bombanı mişarlayır. Yoldan keçən bir nəfər bunlara deyir: 
-Bomba partlayar.
- Eybi yox, bizdə yenə var.

İki çukça Şimal Buzlu Okeanının sahilində. Biri o birinə deyir: 
- İstəyirsən sənə siyasi lətifə danışım?
- Yox, danışma. Eşidən olar, bizi harasa sürgün edərlər.

Çukça qapısında güzgü olan şkaf alır. Açıb içinə baxıb arvadına deyir: 
- Bax, qardaşım bizə qonaq gəlib.
Arvadı baxıb deyir:
- Hələ yanında arvad da var.

Bir gün çukça Volqa alıb öz yerlərinə qayıdır. Maşını sürən çukça maşını necə saxlamağın qaydasını unudur və daşa çırpılır. Bir müddətdən sonra xəstəxanadan evə qayıdıb deyir: Həkimlər dedi yaxşı ki, beynin yoxdu, yoxsa beyin silkələnməsi olardı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!