Amerikan yazıçısı Mark Tven haqqında lətifələr...

Amerikan yazıçısı Mark Tven haqqında lətifələr...
Karikatura - Lətifələr
10.09.2017 37
Bir dəfə Mark Tven anonim bir məktub alır.

Məktub bir sözdən ibarət idi;

"Donuz"

Ertəsi gün Mark Tven öz qəzetində belə bir elan dərc edir:

- "Mən vaxtaşırı imzasız məktublar alıram, dünən birinci dəfədirki,

məktubsuz imza aldım"

Mark Tven öz huşsuzluğu ilə məşhur idi. Bir dəfə o qatarda gedərkən kupeyə nəzarətçi daxil olur.

Mark Tven biletini axtarmağa başlayir,ciblərini eşələyir,lakin tapa bilmir.Axırda,yazıçını

üzdən tanıyan nəzarətçi deyir:

-Eybi yoxdur, narahat olmayın, mən geri qayıdanda göstərərsiniz.

Tapmasanızda eybi yoxdur, xırda məsələdir...

Mark Tven etiraz edir:

-Bunun nəyi xırda məsələdir, əgər bu lənətə gəlmiş bileti tapmasam,hara getdiyimi bilməyəcəm.

Mark Tvendən soruşurlar: -Atanın sözündən çıxdığın yadına gəlirmi?

-Gəlir,gəlir...bir dəfə atam mənə nəsihət verib möhkəm tapşırdı ki, əxlaqsız yerlərə getməyim.

Mən onun sözündən çıxdım, getdim və onun özünü birinci sırada oturmuş gördüm.

Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalə dərc edir.

Məqalə bu sözlərlə qurtarır:

-"Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil"

Cənab N. təbii ki əsəbləşir və qəzeti məhkəməyə verir. Tələbi də bu olurki, redaktor təkzib versin və

üzr istəsin. Məhkəmənin qərarını yerinə yetirərək ,növbəti məqalələrin birində Mark Tven belə bir təkzib verir:

-" Biz keçən nömrəmizdə yazmışdıq ki, Cənab N. hətt üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf

edərik və sözumuzü geri götürürük:

Cənab N. üzünə tüpürülməyə layiqdir."

Bir dəfə dostlarından biri Mark Tvendən borc pul götürür və qaytarmaq vaxtı ilə bağlı belə deyir ki,

inşallah əgər ölməyib sağ qalsam gələn ayın bu vaxtına qədər qaytaracağam .Lakin deyilən

 vaxtda ondan sonra daha bir ay da keçir lakin puldan səs-soraq olmur. Belə olduqda

Mark Tven qəzetdə həmin adamla bağlı məqalə dərc edir:

<< Dərin hüzünlə, əzizimiz Harri Dunkanın ölümü ilə əlaqədər onun yaxınlarına başsağlığı verirəm.

O filan vaxtı məndən 500 dollar borc almışdı və alanda bildirmişdiki, əgər ölməyib sağ qalsa düz bir aydan

sonra qaytaracam. Əziz dostum Harri Dunkan həmişə öz vədinə sadiq,sözübütöv olduğu üçün indi qətiyyən heç bir şübhə yoxdurki, o məhz dünyasını dəyişdiyi üçün bu pulu bu qədər vaxtda çatdıra bilməyib.

Allah rəhmət eləsin...!>>

Bütün şəhər bu elana gülür və <<rəhmətlik>> tapılır, Tven öz pulunu alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!