Gülməkdən çəkinməyin

Gülməkdən çəkinməyin
Karikatura - Lətifələr
10.09.2017 56
Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:

-Molla dayı, ora bax. bir qazan aş aparırlar!

-Mənə nə?

-Necə yəni "mənə nə?" aşı sizə aparırlar axı.

-Onda sənə nə?



Nənə balaca oğlana şad xəbər çatdırmaq istəyir:

- Bu yaxınlarda anan sənə təzə bacı alacaq.

- Nənə, o qədimdə olub, uşaqları qul kimi, kölə kimi satırdılar. İndi başqa zamandır.



Qonşu 5 yaşlı Samiri danışdırır:

- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!

- Yox!

Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:

- Biz onu satırıq, istəsən ala bilərsən!

- Yox, pulum yoxdur, istəmirəm!

- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!



- Məktəbə gedəcəksən?

Seymur qaşqabağını töküb deyir:

- Məndən olsa getmərəm, anam göndərir.

- Niyə?

İstəmirəm gedim, deyirlər orda adamı kəsirlər!



Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:

- Nənə, sən fokusçusan?

- Hə, mənim balam!

- Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?



Görəsən nəyə görə gilasın içərisinə tum qoyurlar, axı əvvəl-axır onu çıxarmaq lazım olur...



- Mənə balaca deyirlər, amma mən balaca deyiləm. Hər şeyi bilirəm!

- Nəyi bilirsən?

- Bilirəm ki, oğlandan da qız düzəltmək olar. Ona tuman geydirirsən, başına lent bağlıyırsan, olur qız.



Nənə maşını nəvəsinə göstərir:

- Bax bibibdir, bib,bib...

Nənə o bib-bib deyil, maşındır, özy də mersedesdir.



- Bu gün mən elə pis yıxıldım ki...

- Ağladın?

- Yanımda heç kim yox idi, ona görə ağlamadım.



- Bir uşaq 100 min dollar tapıb onu polisə təhvil verir. Ananı çağırıb ona təşəkkür edəndə təəccübdən dili dolaşan ana ağlaya-ağlaya deyir:

- Mən oğlumla fəxr edirəm!



Müəllimə soruşur:

- Əhməd, niyə srağagün dərsə gəlməmişdin?

- Şalvarım qurumamışdı.

- Bəs dünən niyə yox idin?

- Dünən sizin evin yanına qədər gəldim,sonra qayıtdım.

- Nə üçün qayıtdın?

- Gördüm sizin şalvar ipdən asılıb, dedim, yəqin, qurumayıb.



Sürətlə velosiped sürən oğlan anasına deyir:

- Ana, bax, velosipedi əlsiz sürürəm!

Elə bu vaxt bərkdən divara dəyir. Babaxxxxx!Durub təzədən velosiped sürməyə başlayan oğlan bu dəfə sakitcə anasına deyir:

- Ana bax, velosipedi dişsiz sürürəm!



Balaca Səlim ilk dəfə balıq ovuna gedir. Elə birinci dəfədən qızıl balıq tutur. Arzusunu deyir:

- İstəyirəm hər gün ad günüm olsun!

Qızıl balıq oğlanın arzusunu yerinə yetirir. Amma iki aydan sonra Səlim güzgüyə baxıb görür ki, qocalıb.



- Heyvanları öpmək olmaz, bu xəstəlikdir.

- Düzdür, - Əliş dedi, - mən özüm bunun şahidi olmuşam.

- Necə?

- Xalam tutuquşunu çoxlu öpürdü, axırda quş dəli oldu.



- Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.

- Heç nə olmaz. Qoy təmiz olsun.

- Niyə ağlayırsan?

- Pişiyim öldü.

- Ölər də, sən ki onu o qədər çimdirdin!

- Çimdirməkdən ölmədi e.. Sıxanda öldü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!