Gülmək məcburidir bu xəbərdə :)

Gülmək məcburidir bu xəbərdə :)
Karikatura - Lətifələr
10.09.2017 32
Bir kişi gecə yarısı yatağının ətrafında qaçırmış. Niyə?

Qaçan yuxusunu tutmaq üçün.

 

IV Murad Osmanlı taxtına çıxdıqdan sonra nə etdi?

Oturdu. wink

 

Bir gün uşaq evə gəlib anasına deyir:

-Ana, bu gün müəllim bir sual verdi, hamıdan birinci mən cavab verdim.

Anası deyir:

-Ay mənim ağıllı balam, nə sual verdiki müəllim?

-Dedi ki məktəbin aynalarını kim sındırıb? Mən də tez əlimi qaldırıb dedim ki, mən...

 

Bir gün dəlixananın müdürü dəliləri yoxlamağa gəlir, deyir görək hansısa ağıllanıb? Görür ki həyətdə dəlilərdən biri divara maşın şəkli çəkir. Öz-özünə fikirləşir ki yəqin bu ağıllanıb. Dəliyə yaxınlaşıb soruşur:

-Sən o maşın şəklini nə edəcəksən, neynirsən onu?

Dəli deyir:

-Sürüb evimizə gedəcəm...

 

Bir gün meşədə heyvanlar bir yerə toplaşırlar, hava soyuq olduğundan odun lazım olur. Şirə deyirlər odun gətirməyi, şir razılaşmır. Dovşana deyirlər, dovşan razılaşmır. Pələngə deyirlər, pələng də razılaşmır. Axırda tısbağaya deyirlər, tısbağa razılaşır. Aradan 5-6 saat keçir, heyvanlar öz aralarında tısbağanın dalınca danışmağa başlayırlar. Deyirlər ki, bu tısbağanı da bir yerə göndərəndə 5 saatdan gəlir.

Tısbağa deyir:

-Ayə, hələ qapıdan indi çıxmışam, dalımca danışmağa başladınız. Getmirəm, odun filan gətirməyə...

 

85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:

Gəl, cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək.

Qoca həmin yerə gedib arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur:

-Niyə gəlmədin?

Arvad da deyir:

-Atam buraxmadı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!