İki şey geri dönməz: Yaydan çıxan ox, alış verişə çıxan qadın :)

İki şey geri dönməz: Yaydan çıxan ox, alış verişə çıxan qadın :)
Karikatura - Lətifələr
10.09.2017 17
Elm adamları 3 siçan üstündə 3 ölkənin içkilərinin təsirini test edirlərmiş. Fransız şərabı İngilis viskisi və Azərbaycan arağı.

Fransız şərabını içən 1ci siçan küt deyə düşüb huşunu itirmiş.

İngilis viskisini içən 2ci siçan da küt deyə düşüb huşunu itirmiş.

Sonuncu siçana Azərbaycan arağı içirmişlər siçan bir az yelləndikdən sonra dilə gəlib qışqırmış:

"Heeeyt gətirin o pişiyi yeyəcəm"

 

Biz kasıb bir ailəyik. Evimizdə tv olmadığı üçün kinoya gedər elektrik olmadığı üçün günəş enerjisiylə yuyunar su olmadığı üçün hazır su alarıq. Anam biz onlar kimi kasıb olmayaq deyə qızıl yığır. Evdə pomidor xiyar bibər olmadığı üçün hər gün restoranda yemək yeyirik. Yatağımız yox deyə oteldə yatır, saatımız yox deyə nokia n95 istifadə edirik.Kasıblıq çətin iş yaşamağa çalışırıq.

 

Məntiq və Hüquq' dərsindən keçə bilməyən şagird professorun otağına getmiş və aralarında belə bir danışma keçmiş:

Şagird: Mövzunu həqiqətən bilirsinizmi?

Professor: Əlbəttə! Yoxsa professor olmazdım!

Şagird: Yaxşı o halda sizə bir sual soruşacağam. Doğru cavabı versəniz gedəcəm amma bilə bilməsəniz mənə 'A' verəcəksiniz.

Professor: Razılaşdıq soruş baxaq!

Şagird: Qanuni olan amma məntiqli olmayan məntiqli olan amma qanuni olmayan və həm məntiqsiz həm də qanuni olmayan şey nədir?

Uzun uzun düşünməsinə baxmayaraq professor problemin cavabını bilməmiş və şagirdin imtahan kağızındakı qeydi 'A' olaraq düzəltmiş.

Professor: Sən qazandın yaxşı problemin cavabı nə idi?

Şagird: 63 yaşındasınız amma yoldaşınız 30 yaşında qanuni amma məntiqli deyil! Yoldaşınızın 25 yaşında bir sevgilisi var məntiqli amma qanuni deyil! Və də yoldaşınızın sevgilisinin imtahanı keçməməsi lazım olarkən ona 'A' verməniz həm məntiqsiz həm də qanuni deyil!

 

Qulaqları eşitməyən bir adam xəstəxanada yatan bir yoldaşını ziyarətə getmək istəmiş. Düşünmüş mən nə soruşaram, o nə cavab verər, deyə. Klasshik cavablara görə danışmağı hazırlamış, cümlələrini zehinində hazırlamış. "Necəsiniz" deyərəm, o da "Yaxşıyam" deyər. Məndə, "Oooh nə gözəl" deyər, davam edərəm.

Xəstəxanaya gedib yoldaşının yanına gəlmiş.

-Necəsən, yaxşısanmı?

-Ölürəm.

-Oooh, ooh nə yaxşı.

Nə dərman verirlər?

-Zəhər.

-O dərman çox yaxşıdır.

- Həkimin kim?

-Əzrayıl.

-Ondan yaxşı həkim yoxdur.

 

Adamın işi varmış, Bakıya gedirmiş, tam təyyarəyə minərkən qulağında bir səs : -Minmə, bu təyyarə düşəcək! Dönmüş, baxmış, kimsə yox, amma içinə də bir qurd düşmüş, minməmiş. İkinci təyyarəni gözləyərkən qara xəbər çatmış : -Təyyarə düşdü xilas olan olmadı! Qaçmış tam bilet alıb, tam qatara minərkən, eyni səs qulağında : -Minmə bu qatara, relsdən çıxacaq! Dönmüş, baxmış yenə kimsə yox, qatara minməmiş, gəlmiş evə, səhər qəzeti oxuyarkən tükləri ürpərmiş : -Qatar yolda relsdən çıxdı bu qədər ölü, bu qədər yaralı... Allahına şükr etmiş, qaçıb avtobusa bilet almış, tam minərkən yenə o səs : -Bu avtobusa minmə, əyləci partlayacaq! Dönmüş yenə kimsə yox! Dözə bilməmiş, qışqırmış : -Sən kimsən ?

-Mən sənin yaxşılıq mələyinəm!

Adam yaxşıca hirslənmiş:

-Bəs mən evlənərkən sən harda idin!

 

Adamın biri həmişə təyyarədən paraşütlə tullanarmış, bir gün yuxusunda nənəsini görmüş nənəsi buna : -Oğlum sabah paraşütlə tullanma paraşütün açılmayacaq, demiş. Sabahısı gün təkrar tullanmağa getmiş. Hər kəs tullanmış sıra ona gəlmiş tullanmamış. Komandir :

-Niyə tullanmırsan, demiş. O da yuxusunu izah etmiş komandiriylə paraşütləri dəyişmişlər, adam yavaş yavaş enirmiş. Komandir tullanmış paraşütü açılmamış adamın yanından sürətlə keçmiş. Adam :

-Komandirim hara?

Komandir də cavabında:

-Nənənin yanına,

 

Bir kişi hər gün telefon şəbəkəsinə zəng vurub soruşarmış: "Saatınız neçədir?"

Təngə gələn telefonçu bir gün deyir:

- Axı siz kimsiniz,hər gün eyni sualı verirsizniz?

- Mən kərpic zavodunun direktoruyam.Zavodun saatına inanmiram.Ona gore də vaxtı sizdən soruşuram ki, zavod işin qurtarmasini bildirən fit versin.

Telefonçu deyir:

-Bəs belə de! Biz də hər gün saatımızı sizin zavodun fiti ile düzəldirik.

 

Köhnə sevgilinizin geri dönməsini istəyirsinizsə "Hələdə Səni Sevirəm" yazın ona..Dönərsə Sizindir ,Dönməzsə "Xalama yazmışdım"deyərsiz :

 

Təsəvvür edin: 22 oyunçu,2 məşqçi,10 ehtiyatda olan oyunçu,1 arbitr,2 cinah hakimləri, 6 operator,3 televiziya işçisi, 50 idman müxbiri və ən əsası 80.000 tamaşaçı,göyərçin isə məhz mənim üstümə batırdı...?

 

Evliliklərinin üstündən hələ bir ay keçmişdir. Xoşbəxt gənc oğlan və gözəl

arvadına baxaraq:

- İlk məhəbbət nə qədər şirin, nə qədər həyəcanlıdır, deyilmi sevgilim?

Arvadı cavablayır:

- Bəli... Amma səni tanıdığıma görə də xoşbəxtəm...

 

Bir oğlan bir qıza yaxınlaşıb soruşur:

-Sən bu günə kimi ağ atlı oğlan gözləyirsən?

Qiz: -Hə

Oğlan: -Budur, mən gəlmişəm!

Qız: -Bəs oğlan hanı?

 

Bir gün bir kişi sevinə-sevinə evə gedir. Qonşusu soruşur: nə olub, yaman

sevinirsən? Bu gün qaynanamın ad günüdür. Nə almısan? - Sırğa. Bəs bu

tüfəngi neyləyirsən. Qulağını deşəcəm.

 

Bir gün bir kəndli dostu ilə Londona gedir.Qəfildən top atılır. Səsdən

qorxan kəndli dostundan soruşur: Niyə top atırlar?- Yelizabet keçir,

ona gorə.Bir az keçir yene top atılır, kəndli soruşur: Niyə top

atırlar axı?- Dedim axı Yelizabet keçir!- iki saatdı bir arvadı

vura bilmirlər?!

 

biz "telefon"a tel, "necəsən"ə ncsn,"zarafat"a zrft,"təşəkkur"ə tşk,"universitət"ə uni deyən gənclərik, analoqsuz Azərbaycan gənclərinə eşq olsunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!