Yanıltmaclar

Yanıltmaclar
Karikatura - Lətifələr
10.09.2017 204
Acdım sac asdım, yadımdan çıxdı küllənməmiş asdım.

Adəm mədənə getmiş. Adəm mədəndə badam yemiş.

Madam ki Adəm mədəndə badam yemiş, niyə bizə gətirməmiş.

Acmışam sac asmışam, bilməmişəm, küllənməmiş yaş asmışam.

Axşam bozbaş asmışam, çaşıb qazanı boş asmışam.

Ağ balqabaq, boz balqabaq, boz balqabaq, ağ balqabaq.

Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır.

Alişlə Memiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi məhkəmələşməmişlərmi?

Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min...

Aşpaz Abbas aş asmış, asmışsa da az asmış.

Aşpaz Abbas bozbaş asar o başda, bu başda.

Aşbaz Abbas bir tas daşma aş asmış, asmışsa da, amma bir az az asmış.

Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə çərşənbələşəm, çərşənbələşsən də çərşənbələşəcəyəm,çərşənbələşməsən də çərşənbələşəcəyəm.

Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!

Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?

Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul.

Ay fatalı, huy fatalı, çatı gətir, çay içində tay çataq.

Ay göy-ala qarğa qardaş, mənimlə qardaş olsan da səninlə qardaş olacağam, olmasan da səninlə göy-ala qarğa qardaş olacağam.

Bacadan damcı düşdü şıp nənəmin barmağına.

Bayram günü gələcik sizə bayramlaşmağa. Bayramlaşsaz da bayramlaşacıq. Bayramlaşmasaz da bayramlaşacıq.

Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.

Bir bərbər bir bərbərə «Ey bərbər, gəl qardaş, biz birlikdə Bərbəristanda bir bərbər dükanı açaq.» demiş.

Bir bərbər o biri bərbərə dedi ki, bir bəri bax.

Bir tarlaya iki kürkü cırıq keçəl kor kirpi dadanmış. Biri kürkü cırıq erkək keçəl kor kirpi digəri kürkü cırıq dişi keçəl kor kirpi. Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü kürkü cırıq dişi keçəl kor kirpinin kürkünə; kürkü cırıq dişi keçəl kor kirpinin kürkünüdə kürkü cırıq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər.

Biz onlara dərs verək deyərkən onlar da bizə dərs vermişlər, indi gedib onlara bir dərs daha verək də biz onlara dərs verərkən gəlib bizə dərs vermək nəymiş görsünlər.

Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.

Bu qatığı sarımsaqlayıb saxlasaqmı, sarımsaqlamasaqdamı saxlasaq.Bu qılquyruq qırqovul

Bu qılquyruq qırqovul qırxquyruq qırqovul imiş.

Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.

Qalayçı Qasım qardaş qazanı qalaylaya-qalaylaya qaldırıb qoyur.

Qara qaranı qarayla qaralayıtdı,

Qaralanan qara qaradan qaralanıtdı.

Qartal qalxar dal sallanar, dal sallanar qartal qalxar.

Qatığı sarımsaqlasan da yemək olar, sarımsaqlamasan da.

Qığılcımı qıcıqlandırma qıcıqlandıracaqsansa qığılcımlanacaq.

Qırx qazan qirx küp qulpu, xub qırx qazan qırx küp qulpu.

Qırx küp, qırxının da qulpu qırıq küp.

Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da qovlamalaşacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!