Gülümsəyin

Gülümsəyin
Karikatura - Lətifələr
10.09.2017 12
- Bax, düzünü de, ev tapşırığını kim eləyib?

- Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam! :122: :122:



-*-



Ata hirslə:

- Bu «iki» nədir almısan?

- Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.

- Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar? :122: :122:



-*-



Əliş artıq neçənci dəfədir ki, imtahan verir və pis qiymət alır. Valideynləri həyəcanla sinfin qapısında gözləyirlər ki, Əliş bu dəfə imtahandan neçə qiymət alacaq… Nəhayət, qapı açlır, Əliş bayıra çıxır. Ana həyəcanla soruşur:

- Nə oldu oğlum, imtahan verə bildin?

Ata da dözə bilməyib eyni sualı verir. Əliş onları sakitləşdirmək istəyir:

- Sakit olun, nə olub sizə, həmişə özünüz deyirsiz ki, hər şeydən vacib sağlamlıqdır :122:



-*-



Cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:

- Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?

- Bir!

- Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:

- İndi neçə kompyüter oldu?



Bu vaxt müdirə otağa gəlib soruşur:

- Nə edirsən?

- Uşaqlara üçə qədər saymaq öyrədirəm!

- Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil bunu sən də eləyə bilərdin!

- Axı kitabda kompyüter yazılıb.

- Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirməyə hazırlaşmırsan?)))



-*-



- Dəvəquşular yumurtlayır, atdan bərk qaçırlar, təhlükə zamanı başlarını torpağa soxurlar. Əlişov, sən orda neyləyirsən?

- Sizə diqqətlə qulaq asıram, müəllimə!

- Elə isə təkrar elə dediyimi!

- Dəvəquşulardan danışırdız, deyirdiz dəvəquşular yumurtalarını torpaqda basdırırlar. Atlar onların yumurtalarını tapdalayanda təhlükə baş verir, strauslar torpağın altına girirlər! :122:



-*-



- Ata, səni məktəbə çağırırlar!

- Niyə?

- Mən məktəbin pəncərəsini sındırmışam!



O biri gün oğlu deyir:

- Ata səni yenə məktəbə çağırırlar!

- İndii neyləmisən?

- Kimya laborotoriyasını partlatmışam!

- Bezmişəm, daha heç yerə gedən deyiləm!

- Düz eləyirsən, xarabalıqda nə işin var? :122: :122:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!