Həkim yumoru

Həkim yumoru
Karikatura - Lətifələr
10.09.2017 18
1.Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:

— Burun və qulaqlarından şikayətin var ?

— Var. Paltarımı geyinəndə mənə mane olurlar

 

2.  Diş həkiminin kabinetinin qarşısında lövhə: 

Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.

 

3.  Təcili yardıma zəng:

— Kömək edin! Mənim yoldaşım doğmağa başlayır !

— Bu onun ilk uşağıdır ?

— Başınız xarab olub, bu onun əridir.

 

4. Bir xəstə həkimin kabinetinə daxil olur:

— Hə, həkim, bu da biz

— "Biz” yəni kim ?

— Mən və bağırsaq qurdları

 

5.  Xəstə proktoloqun qəbulunda:

— Həkim. Mən Əhmədovam, xatırlayırsınız ?

— Bağışlayın, mən üzləri xatırlamıram.

 

6.  Tibbi müayinədən sonra həkim:

— Sizdə güclü həzm pozğunluğu, baş ağrıları, yüksək qan təzyiqi vardır. Bağışlayın, neçə yaşınız var ?

— 24

— Görürsünüz, heç yaddaşınız da yaxşı deyil.

 

7.  Təcili yardıma zəng:

— Təcili yardım eşidir

— Mənim oğlum qələmi udub !

— Narahat olmayın, biz indi gəlirik

— Bəs mən nə edim ?

— Hələlik karandaşla yazın.



8.  Həkim xəstəyə:

— Siz ciddi olaqar dietaya əməl etməlisiniz: qara çörək, bitki yağı, alma və qatıq.

— Yeməkdən əvvəl, ya sonra ?

 

9.  Aptekdə:

— Bağışlayın, sizdə asetilsalisil turşusu var ?

— Siz aspirin demək istıyirdiniz ?

— Bəli, bəli, bu ad həmişə yadımdan çıxır.

 

10.  İki psixi xəstə ruhi dispanserin divarını rəngləyir

— Sən fırçadan möhkəm tutmusan ?

— Həəəəəə

— Onda nərdivanı götürürəm.

 

11.  Göz həkiminin yanında:

— Pasient, zəhmət olmasa deyin, bu yazını oxuya bilirsiniz ?

— Oxuya bilmirəm — Aydındır, sizdə uzağı pis görmə vardır.

— Həəəəəəə, savadsızlıq azmış kimi hələ bir uzağı pis görmə də tapıldı.



12.  Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur. Həkim xəstənin dişinə baxıb deyir:

— Gərək çəkilsin. Xəstə daha da bərk əsməyə başlayır. Həkim bir qədəh araq töküb verir xəstəyə.

— Hə için, möhkəm olun! Xəstə içir və əsməkdə davam edir. Həkim bir qədəh də süzür, içirir xəstəyə, sonra üçüncüsünü də, dördüncüsünü də. Gördükdə ki, xəstə daha əsmir, həkim soruşur:

— Hə, nə oldu? Daha qorxmursunuz ki? Xəstə deyir:

— Ay Hay! Qorxmuram da sözdü! İndi bir kişinin hünəri var mənim dişimə əl vursun.

 

13.   — Alo: Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!

— Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.

— Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!