Milli Yumor

Milli Yumor
Karikatura - Lətifələr
10.09.2017 23
- Yalnız Azərbaycanda, dükandan bazarlıq edərkən satıcı tərəfindən xırda pul əvəzinə kofe verilir



- Yalnız Azərbaycanda, səhv söz deyərkən quş buraxdın deyərlər



- Yalnız Azərbaycanda, tələbə işləyib instituta getməyə bilər



- Yalnız Azərbaycanda, cavanlar arasinda sən öl, özum ölum sözu mövcuddur



- Yalnız Azərbaycanda, gozəl giza və ya yığdırılmış köhnə sovet maşınına efir deyərlər



- Yalnız Azərbaycanda, internetdən yalnız əyləncə kimi istifadə olunur



- Yalnız Azərbaycanda, haralisan sualı çox yayılıb



- Yalnız Azərbaycanda, rus dilin bilənlara şəhər uşağı, ana dilində danışanlara isə çuşka deyərlər



- Yalnız Azərbaycanda, rayonlarda romantikanı sevməyən də şam işığında şam etməyə məcburdur.



- Yalnız Azərbaycanda, qırmızı geyinənlərə Antonio deyirlər.



- Yalnız Azərbaycanda, kəndçisən sözü təhqir hesab olunur.



- Yalnız Azərbaycanda, imkanı olan öz qızının adına şadlıq sarayı açır.



- Yalnız Azərbaycanda, konduktorlar əzilməmiş pulları bəyəndikləri qızlar üçün saxlayırlar.



- Yalnız Azərbaycanda, instituta qəbul olandan ilk soruşulan sual bu olur ki, özün qəbul oldun, yoxsa .....?



- Yalnız Azərbaycanda, sinif nümayəndələrinə imtahanın qiymətləri pulsuz yazılır.



- Yalnız Azərbaycanda, bir az qarın yağması hər şeyə - işığa, qaza, suya, hətta telefon xəttlərinə də təsir edir.



- Yalnız Azərbaycanda, saman altından su yox, cola, pepsi, fanta yeridirlər.



- Yalnız Azərbaycanda, səhərlər işə gedənlər ayağı ağır qonşularını görməmək üçün qaçırlar.



- Yalnız Azərbaycanda, millətin diplomları balış altında yatır.



- Yalnız Azərbaycanda, eyni klubda oturub bir-biri ilə internet vasitəsi ilə danışırlar.



- Yalnız Azərbaycanda, zibili və çirkli suları balkonlardan aşağı atırlar.



- Yalnız Azərbaycanda, dizelin qiyməti bir anda hər şeyi bahalaşdırmağa qadirdi.



- Yalnız Azərbaycanda, adətən dirilərlə rusca, ölülərlə isə ərəbcə danışarlar.



- Yalnız Azərbaycanda, mobil telefonu musiqiyə qulaq asmaq üçün alırlar.



- Yalnız Azərbaycanda, hər kəsin leksikonunda kanibalizm əlamətləri mövcüddü (misal üçün, canıvu yeyim, gözüvü yeyim)



- Yalnız Azərbaycanda, personal kompütürə (PC) internet deyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!