Gülüş dəqiqələr :)

Gülüş dəqiqələr :)
Karikatura - Lətifələr
10.09.2017 36
Bir kişinin eşşəyi qaçır çıxır axtarmağa..Görür zebra gəlir,

deyir: "Vay eşşəy ADiDAS geyinifsən, eləbildin tanimiyajam



* * *



Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur:

Uşaqlar nə demək lazımdır?

Uşaqlar deyir: şükür ALLAHA



* * *



Generalın nəvəsi dünyaya gəlir. Onun kimə bənzəməsinini öyrənmək üçün, general ora adam göndərir.

Sizə bənzəyir.

Sevindim buna. detallarıyla danış.

O, sizin kimi keçəl, gombuldur, heçnə qanmayır və bütün günü anqırır.



* * *



Esger komandirin yanina gelir ve 2-3 gunluk mezuniyyet isteyir.

-Komandirim mene 2-3 gunluk icaze verin aileme bas cekim.

Komandir sebebini sorusur.Niye,sebebi nedir.

-Bilirsiz cenab komandir,arvadim mektub yollayib ki,usagin veziyyeti pisdir,durma gel.

Komandir:-yalan danisma hemin mektubu men de oxudum ele sozler yazilmamisdir.

Esger kor-pesiman geri qayidir ve birden geri donerek:

-oz aramizdi cenab komandir ikimizde yalanciyiq haa…

Cunki hec menim arvad usagim yoxdur..



* * *



Bir gün dovşan meşənin içi ilə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorx və həyəcan içində şirə yaxınlaşıb deyir:

- Olar üstündən keçim gedim? Şir deyir:

- Olar.

Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:

- Olar üstündən keçim gedim? Şir deyir:

- Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb dura bilmirəm? Keç get dəə...

Dovşan cavab verir:

- Nə deyirsən əə?? Özü də bilirsən nə var qışqırma üstümə!!!



* * *



Bir gün banan çiyələyə deyir:

- Sən çirkinsən, üzündə çillərin var.

Çiyələk də:

- Heç olmasa sənin kimi soyunub tərbiyəsizlik eləmirəm



* * *



Futbol Ingiltərədə doğulub Brazilyada yaşayır Azərbaycanda can verir...



* * *



Bir gün ata və üç oğlu oturub yemək yeyirlər. Birdən Böyük oğul soruşur:

- Ata sən niyə İlan kimi fısıldıyırsan?

Biraz keçir 2ci oğul soruşur:

- Ata sən niyə ağzını it kimi şappıldadırsan??

Buna dözməyən kiçik oğul qardaşlarına qışqıraraq deyir:

- Heç Utanmırsız?? Eşşşşəkk boyda kişiyə İtin sözünü deyirsiz???



* * *



2 zubaçistika kəndə piyada gedirler.birdən yanlarinnan kirpi keçir.

zubacistikanin biri o birinə:Aydaaaaa bilseydim kəndə avtobus işləyir avtobusnan gələrdiy



* * *



Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:

-Alo,eşidirəm.

-Atanı ya da ananı çağır.

-Evdə yoxdurlar.

-Bəs evdə səndən başqa bir adam var?

-Bəli var,bacım evdədir.

-Onda onu çağır.

Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:

-Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim.



* * *



- Arif əlifbanı bilirsən?

- Əlbəttə,bilirəm.

- Çox gözəl.Onda de görüm A hərfindən sonra hansı hərf gəlir?

- Müəllimə bu nə sualdı?! Əlbəttə,qalan hərflər.:)



* * *



İki bitin dialoqu:

- Hardan gəlirsən?

- Məhəmmədin başından.

- Hansı Məhəmmədin?

- Keçəl Məhəmmədin.Sürüşməyə getmişdim.:)



* * *



31 Dekabr günü oğul anasına deyir:

- Ana,gəl 12-nin yarısı qışqıraq Yeni il!Yeni il!

- Niyə?

- Qoy, qonşular elə bilsinlər ki,Yeni il birinci bizə gəlib.:)



* * *



Yoldan keçən piyadanı maşın vurur. Sürücü tez maşından düşüb ona qalxmağa kömək edir və könlünü almaq üçün deyir:

- Bəxtiniz gətirib, mən sizi düz həkim məntəqəsinin qarşısında vurmuşam.

- Heç də elə deyil, buranın həkimi elə mən özüməm.



* * *



. Bir kişi kompüter salonuna gəlir:

-Mən dünən sizdən kompüter almışdım...

-Nə olub, problem var?

-Bəli. Kompüter yanıb.

-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?

-Hamsı!

-Yox elə olmur. Prosessor yanıb?

-Yanıb.

-Bəs sabit yaddaş?

-Yanıb.

-Bəs ekran?

-Yanıb.

-Aman Allah! Siz onunla nə etmisiz?

-Dünən evimdə yanğın olmuşdu



* * *



Bir gün bir nəfər aptekə girir və deyir -Sizdə çörək var? Satıcı deyir ki, Aptekdə çörək olmür yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gun yene girir hemin Apteke deyir - Sizdə çörək var? Satıcı deyir yox. Kişi vurub o biri gözündə partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı



* * *



Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:

-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.



* * *



Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.

Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!

Arvad: Necə?

Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!



* * *



Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:

-Bu nədi? Sənə nə olub?

-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”

-Nə olsun ki?

-Heeeç . Bu gün biri tapdı.



* * *



Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:

-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…

-O mənim qızımdır.

-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.

-Atasi yox, mən onun anasıyam.



* * *



Polis yolda uzanmış bir piyanı durğuzur:

-Ay kişi , dur ayağa, dur get evinə !

Kişi yavaş-yavaş gözlərini açır:

-Mən har-da-yam? Həə?

-İçəri şəhərin darvazasında.

Kişi yuxulu-yuxulu:

-Sən allah, o darvazanı bağla, mənə yaman soyuqdurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!