Təbəssüm dünyasına səyahət :)

Təbəssüm dünyasına səyahət :)
Karikatura - Lətifələr
10.09.2017 8
Qolumu dişləyib qol saatı düzəldə bilərəmsə,divarı dişləyib divar saatı da düzəldə bilərəm ;)



Məhlə-Məhləyə futbol oynayanda "ala gözləyin xala keçsin sonra" deyən ağıllı, tərbiyəli uşaqlar idik..Bizdən kimsəyə zərər gəlməzdi...



Dərs oxumağin ən gözəl saatları: 25:00 26:00 27:00 28:00



Zaryatkani 1% gördüyümdə, adaptora qaçanda özümü ağır xəstəni təcili yardıma çatdırmağa çalışan həkim kimi hiss edirəm...



Bunlar Azərbaycan toylarının adət ənənələridir  - Toy başlayanda əvvəlcə özümüzü kulturnu sonra isə sadəcə vəhşicəsinə aparırıq  - Toyda kloun gələndə uşaqlardan çox kişilər sevinir ki, indi bu mırt tutacaq  - Toyda, göydən tökülən şarların tökülməyi ilə partlamağı arasındakı sürət işıq sürəti adlanır  - Bəy və gəlinlə şəkil çəkdirməmək günahdır  - Toyda, Zakas üstündə dava etməsək axşam yata bilmərik  - Diskotekalar yalnız "Nurcanım" mahnısından ibarətdir  Biz bunları yaşadıb gələcək nəsillərə ötürməliyik.



Yapon olmağın faydaları : -Arıqlamaq üçün pul xərcləmək yerinə, sumo güləşçisi olub pul qazana bilərsiz. -İnternet su qiymətinədi. -Dövlət idarəçilərinin kreslolarından ayrılmalari üçün ölməklərini gözləməzsiz.



İngilis olmağın faydaları :

-"Premyer Liga" oyunlarına canlı stadiondan baxa bilərsiniz.

-İngilis dilini ana diliniz kimi danışarsınız.



Amerikalı olmağın faydaları : -Ölkəniz dünyaya müharibə elan edib, amma sizə zərər gəlməz. -NBA(basketbol)¬ oyunlarına baxmaq üçün səhər tezdən durmağınıza ehtiyyac yoxdu. -Hər binadakı 10 nəfərdən 5-i dünyanı xilas edəcək gücdədi.



Çinli olmağın faydaları : -Uşağınıza ad fikirləşməyə məcbur deyilsiniz. Dağdan aşağı qazan atıb ad qoya bilərsiniz. Danq dinq donq kimi. -Uzağı dəqiq görmək üçün gözlərinizi qıymağa ehtiyyac yoxdu. -Müharibə olsa uduzmaq ehtimalı yoxdu.



Fransız olmağın faydaları :

-İngiliscə bildiyiniz üçün yox, bilmədiyiniz üçün hava atarsınız (çünki fransiz dili də beynəlxalq dildir).

-Fransızca söyüş belə söysəniz şeir dediyinizi zənn edərlər.



İtalyan olmağın faydaları : -Hamının daydayı var. Xüsusilə Siciliyalıların¬. -Az qala VAZ 2107 qiymətinə Ferrari ala bilərsiniz.



Azərbaycanlı olmağın faydaları :

-2050-ci ildə dünyanın tək hakimi ola bilərsiniz (çünki o vaxtı hamı kosmosa, digər planetlərə gedəcək yaşamağa, dünya bizə qalacaq).

-Avtobusdan düşmək üçün dayanacağa çatmağını gözləməyə məcbur deyilsiniz. İstədiyiniz yerdə dayandırıb düşə bilərsiniz.

-Metroda qapı bağlananda əllə saxlayıb içəri girə bilərsiniz.

-Mağazadan mal alanda satış qiymətinə yox, "aşağı yeri"nə malı götürə bilərsiniz.

-Bu yazını oxuyandan sonra "heyif deyil öz millətim" deyib azərbaycanlı olduğunuzla fəxr edə bilərsiniz.. :))



Toyda xanım kimi geyinib, xanım kimi

hərəkət edən bəzi qızlar, gül atma

mərasimində küncdən zərbədən top

gözləyən alman futbolçularına

oxşuyurlar..:))



Dünən gecə məni yuxuda döyürdülər.İndi dostlarımı da göturüb gedirəm yatmağa...))



Qonaqlıqda heç vaxt gedib ev yiyesinin komputerinde oynayan uşaq olmadım.Həmişə kuxnada oturub konfet yeyirdim...)



Adi: -ANA. Silahı: -Domaşnik. Atış məsafəsi: 5-6 metr. Hədəf: -Baş beyin. Dəymə ehtimalə: - 100%.



Bir Türk oğlan olur bir Azəri qızına deyir ki, səni sandığındanda çox sevirəm. Qız deyir: Mən başa düşmürəm sənə kim deyibki mənim sandığım var? Peraşkidən qalmadı deyən qaqaş: Qalmayıbsa niyə qışqırırsan?



Salam papa ursətdən özümə Volqa gətirmişəm...

+ Camaatın uşağı Olqa gətirireee ayee...)))



Əslində mən dərsin ortasında danışmıram,

müəllim mənim danışığımın ortasında dərs

başa salır :))))



Xaricdə maraqlı hadisə olarsa adamlar.. - Really?  + Yes,yes Really Azərbaycanda : - Doğurdan ala? + Hə Ətağa - Yalançının? + Bilməyib danışanın da - lap elə !

" Eşşək boyda "

" Eşşək qədər "

" Eşşək kimi "

Eşşəkdən ölçü vahidi kimi istifade eden yegane milletik :)))

Azerbaycan oğlanlarının qısqanc olmasının səbəbi Azərbaycan qızlarnın dünya gözəli olmasıdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!