Habil Əliyevin lətifələri

Habil Əliyevin  lətifələri
Karikatura - Lətifələr
10.09.2017 37
Habil Əliyev İrana səfərə gedir. Anşlaqlı konsert və tamaşaçıların
böyük sevgisindən sonra bir nəfər yorğun-arğın sənətkarı israrla qonaq
aparır. Qonaqlıq mərasimi uzanır və Bakıdan gedən qrup ev yiyəsinin
tükənməz sevgisini dinləyəsi olurlar. Yorğun olmalarına baxmayaraq, heç
kəs ev sahibinin bu qədər sevgisinin qarşısında heç nə deyə bilmir.
 
Ev sahibinin sözünün şirin yerində Habil Əliyev dillənir:
- Qardaş, sən neçənci ildənsən?
Təbrizli deyir:
- 1367-ci ildənəm, baba!
Habil Əliyev özünü xeyli təəcüblənmiş göstərib deyir:
- Maşallah, çox yaxşı qalmısan…
 
***
 
Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim, nolub?


Nazim Ağayev gileylənir:


- Həkimdən gəlirəm. Dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.


Habil Əliyev deyir:


- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!
 
*** 

 
Habil Əliyev günün birində xəstəxanadan evə qayıdır. Məhəlləyə
çatanda kəkələyən pəltək qonşusu qabağına çıxır. Qonşusu sənətkardan
nədən şikayətləndiyini soruşur.
Habil prostatında problem olduğunu deyir. Qonşusu bu xəstəliyin nə
olduğunu anlamır. Habil ha izah edir ki, prostat xəstəliyi nədir,
qonşusu başa düşmür. Axırda izahdan yorulan Habil Əliyev deyir:
- Ay qonşu, bax, sən necə danışırsansa, mən də elə peşov edirəm.
 
***

 
Habil Əliyev Lütfiyar İmanovu rayonların birində toy məclisinə
göndərir, ona qarşılığında yüksək məbləğdə zəhmət haqqı veriləcəyini
söyləyir. İmanov rayona çatanda deyilən ünvana gedir.
Məlum olur ki, nə toy var, nə dəvət. Bunun Habilin bir zarafatı
olduğunu başa düşüb kor-peşman Bakıya qayıdır. Flarmoniyada Habili görən
kimi ona tərəf yüyürür ki, ürəyini boşaltsın.
Habil cəld aradan çıxıb özünü bayıra atır, taksiyə oturur. İşıqforda
taksiyə çatan Lütfiyar maşının sürücü olan pəncərəsinə özünü yetirir və
yazılası mümkün olmayan "ürək sözlərini” deyir.
Habil Lütfiyarın ürəyini tamam boşaltmasını gözləyir, sonra isə ona aid deyilmiş kimi sakitcə sürücüyə tərəf dönüb deyir:
- Qardaş, sizin nə pis zarafatınız var…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!