Bir az gülək

Bir az gülək
Karikatura - Lətifələr
10.09.2017 55
Bir gün dəlixanada dəlilərdən biri özünü Peyğəmbər elan edir və bir dəlidən başqa hamısı onun yanına toplaşır. Həkimlər bu dəlidən soruşur. Bəs sən niyə getmirsən peyğəmbərin yanına? Dəli cavab verir. Mən ona Peyğəmbərlik verməmişəm. :122:

 

Bir gün dəlilər divarı qaşıqla oyur və bu deşiyə baxırlar. Həkimlərdən birinə maraqlı gəlir baxmaq istəyir. O da sıraya durub öz növbəsini gözləyir. Baxır heç nə görmür və burda heç nə görsənmir axı deyir. Dəli cavabında :- Biz saatlarnandı baxırıq görmürük sən 1 dəfə baxan kimi görmək istəyirdin? deyir.  :122:

 

Dəlixanada həkimlər ən ağıllı dəlini seçmək istəyir. Dəlilərdən biri hovuzda boğulanda o biri onu qurtarır. Həkimlər onu seçir və deyir ki, qurtardığın dostunu çağır sənə sağ ol desin. O da cavab verir: - Hələ gələ bilməz asmışam ki,qurusun :)

Bir şəxs həkimə sual verir:

-Xəstənin dəli olduğunu necə bilirsiz?

-Vannanı su ilə doldururuq xəstəyə 1 qaşıq, 1 fincan, 1 də vedrə veririk və deyirik ki,hansı ilə boşaldarsan?

-Hə, anladım normal şəxs vedrəni seçər

-Xeyr, normal şəxs vannanın tıxacını cıxardar. ))

 

Bir gün 1 tələbə bufetdə yer tapmır və yeməyini götürüb müəlliminin stolunda əyləşir. Müəllim deyir:

-Öküzlərlə quşlar eyni stolda yemək yeyə bilmez

Tələbə:

-Onda mən uçdum

Səhəri gün yoxlama olur tələbə bütün suallara düz cavab yazır müəllim onun vərəqini görüb deyir

-Bir sual verəcəm yaxşı cavab versən imtahannan keçəcəksən yolda bir torba qızıl, bir torba ağıl görsən hansını seçərdin?

-Qızılı.

-Mən olsam ağılı.

Tələbə:

-Kimdə nə çatmırsa onu seçərdəəə...!

Səhəri gün cavablar çıxanda tələbə öz vərəqinin altında öküz yazıldığını görür vərəqi götürüb müəllimin otağına gedir

-Ay müəllim vərəqə imzanızı çəkmisizə bəs qiymətim hanı? :)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!