Əsgərlik lətifələri :)

Əsgərlik lətifələri :)
Karikatura - Lətifələr
10.09.2017 11
Əsgər komandirə yaxınlaşır:

-Mən evə getməliyəm, yoldaşım ana olmalıdır.

Komandir onu buraxır. Bir həftə sonra əsgər qayıdır.

- Hə, nə oldu? Oğlan oldu, yoxsa qız?

- Doqquz aydan sonra bilərik...



- Səni niyə sualtı qayıqdan qovdular?

- Yatanda pəncərəni açıq qoymuşdum.



Sərhədçilər sərhədi pozanın izinə düşürlər. Birdən insan izləri bitir və inək izi başlayır. Hər şey aydındır, pozucu izləri itrmək istəyib. İnək izi ilə qaça-qaça gəlib görürlər ki, bir çoban oturub mal otarır. Ona yaxınlaşıb soruşurlar:



- Deyə bilərsənmi, burada yad inək varmı?

- Niyə bilmirəm. Bax o, sağdan ikinci...

- Bəs sən onu o birilərdən necə fərqləndirə bildin?

- Çox sadə, mənə yaxınlaşıb soruşdu:

"Dayday, dəmiryol stansiyasına necə getmək olar?" Ona görə bildim ki, yad inəkdi. Axı bizim inəklər dəmiryol stansiyasının harada olduğunu bilirlər...



Mayor döyüşçünü yanına çağırır:

- Sıravi Məmmədov, axirət həyatına inanırsan?

- ???

- İki həftə əvvəl dəfninə getdiyin nənən səni nəzarət-buraxılış məntəqəsində gözləyir...



Hərbi komissarlıqda:

- Cavan oğlan, vətənə borcunuzu ödəmək istəyirsiniz?

- Bəli, istəyirəm. Nə qədər borcum var?



- Yoldaş döyüşçülər, tank nədi?

- Tank qəzəblənmiş traktordur, cənab polkovnik!!!!

 

Orduya çağırış başlayır. Canavar çağırış vərəqi alır. Hərbi komissarlığa gedəndə Dovşana rast gəlir. Onun kefi kökdür. Canavar soruşur:

- Dovşan, hardan belə?

- Hərbi komissarlıqdan gəlirəm.

- Səni hara göndərirlər?

- Tikinti batalyonuna.

- Nə yaxşı. Buna necə nail oldun?

- Otağa girdim. Komissiya oturub. Avtomobil göstərib dedilər bu, nədir? Dedim bilmirəm. Avtomat göstərdilər, dedim bilmirəm. Tankı göstərdilər, dedim bilmirəm. Şkaf göstərdilər, yenə dedim bilmirəm. Açdılar, şkafın içində bir kərpic vardı. Soruşdular ki, nədir? Dedim ki, kərpicdir. Dedilər:"Aydındır, tikinti batalyonuna gedəcəksən".

Canavar sevinir ki, tikinti batalyonuna düşmək belə asandır. Tez hərbi komissarlığa qaçır. Onu-bunu itələyib komissiyaya girir. Avtomobili göstərib ondan soruşurlar:

- Bilirsiniz bu nədir?

- Yox, bilmirəm!

Avtomat göstərirlər:

- Yox, bilmirəm!

Tank göstərirlər:

- Yox, bilmirəm!

Şkaf göstərirlər:

- Bu, nədir?

- Bu, şkafdır, içində kərpic var.

Şkafı açırlar, həqiqətən, orda kərpic var.

- Qoçaq! Tapdın. Əks-kəşfiyyata gedəcəksən...



Komandir rotaya hücum əmri verir və əsgərlər "ura" deyib hücuma keçirlər. Bir əsgər isə "ura" deyib geri qaçır.

Komandir qışqırır:

- Dayan, qorxaq, hara qaçırsan?

- Yoldaş komandir, mən qorxaq deyiləm. Bu, mənim taktiki manevrimdi. Yer kürəsini dolanıb düşmənin arxasına keçəcəm.



 - Cənab feldfebel, nahar rotanın yarısına ancaq yetər.

- Əla, demək, hücumdan sonra nahar edərik, onda hamıya çatar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!