Gülün istədim ;)

Gülün istədim ;)
Karikatura - Lətifələr
10.09.2017 42
Bayaq falçıya getdim, falçı falıma baxdı. Falda gələcək sevgilimin adının baş hərfi "Ğ" çıxdı. Subaylığa son bəylər.:122:

 

Sevgilimdən
hər səhər yuxudan oyananda vatsapda son onlayn olma vaxtının gecə 4-5
arası olduğunu soruşduğumda "gecə sənin profil şəklində sənə baxarkən
yuxu tutub saat 4də oyanıb vatsapı bağlayıb təzədən yatmışam" deyir.
Bəylər bu qız məni dəlilər kimi sevir. Xoşbəxtəm.:122:

 

Qaqaş Azərbaycan dilində 3 kəlmə cümləni ard-arda qoyub danışa bilmir qoluna yapon əlifbasını döydürür. Nakazuma kozuamoki.:122:

 

Kafedə
yeyib içib durandan sonra stolun üstündə qalmış kolanı götürən qızla
gözüyumulu evlənin.Ama heş vaxt boşanmayın. Əyninizdəki alt paltarınıza
qədər əlinizdən alar.

 

Məsələn süpürgə bizim evdə evin süpürülməsi üçün bir funksiya daşımırdı. Əsasən anamın məni döyməsi üçün istifadə olunurdu.:122:

 

Ən
uzun öpüşmə İngiltərədə qeydə alınıb. Belə ki sevgililər 23 saat 10
dəyqə dayanmadan öpüşüblər. Ən uzun öpüşməmək isə Azərbaycanda mənim
tərəfimdən qeydə alınıb. 25 il 8 ay 21 gün 18 saat 20 dəqiqə.:122:



Bayaq metroda bir qızın ürəyi getdi.Tez gedib su gətirib üzünə
vurdum.Qız özünə gələndə mənə demədiyi söz qalmadı. Nəymiş "suyu üzünə
vurmuşam makiyajı pozulub". -_- :23:

 

İnsanlar mənə elə yalanlar danışırki "ərim narkaman olub ona görə
ayrılmışam,4 ayın gəlini olmuşam və həyatımda heç kim olmayıb" yalanı
daha inandırıcı gəlir.

 

Yuxarıdakı qonşu xala uşağının üstünə necə qışqırdısa qorxudan otağımı yığışdırdım istidə paltar geyindim.:122:

 

Məktəb vaxtı sevdiyim qızın rock həvəskarı olduğun öyrəndiyim gün,
Namiq qaraçuxurludan, Linkin park-a, Tokio Hotel-ə keçid etmişdim.O
anqıran gədələrə nətər qulağ asırdımsa, gecə səsləri yuxuma girəndə dik
atılırdım.:122: 

 

Hər dəfə metro girişində 20 qəpik verməyim deyə sevgilimi qucağımda
keçirdirəm terminaldan. Səy qızı səydə elə bilirki romantik bir hərəkət
edirəm.:122:

 

Başı xarab olmuş hər bir kişinin arxasında mütləq bir qadın vardır )):23:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!