İngilislər haqqında lətifələr (2-ci hissə)

İngilislər haqqında lətifələr (2-ci hissə)
Karikatura - Lətifələr
10.09.2017 8
1. Ev qulluqçusu:

- Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.

- Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.

- O açarlar mücrüyə düşmür...



2. İki məhkum ingilis türməsində söhbət edir:

- Bağışlayın cənab, Sizə çox iş veriblər?

- 15 il. Bəs Sizə nə qədər?

- Mənə on il.

- Onda Siz qapıya yaxın çarpayıda yatın. Axı məndən tez çıxacaqsınız!



3. Missis Smit psixiatrın yanına qaçır:

- Ser, mənim ərim ağlını itirib! Tezliklə onu dəlixanaya salın.

- Nə olub?

- Dünən o mətbəxə girib taxta çəkiclə bifşteksi əzdi, sonra aşpaz qadının yanağından öpdü.

- Burda müdaxilə üçün əsas görmürəm. Əgər o aşpaz qadını çəkiclə vurub, bifşteksi öpsəydi, başqa məsələ.



4. İngilis lordu insan yaşamayan adaya düşür və üç ev tikir. Nəhayət, onu tapıb soruşurlar:

- Ser, üç ev nəyinizə lazım idi?

- Biri yaşamaq üçün, o biri getdiyim klub, üçüncüsü isə getmədiyim klub!



5. Protokolda göstərilib ki, miss Braun, Siz son üç həftədə maşınla dörd nəfəri vurmusunuz.

- Üş nəfəri...

- Burda yazılıb ki, dördünü...!

- Məsələ burasındadır ki, bu sarsaqların birini iki dəfə vurmuşam.



6. Evin damında bir nəfər dayanıb. O, intihar etmək istəyir. Aşağıda camaat toplaşıb baxır. Birdən bir qadın səsi eşidilir:

- İlahi, əgər o indi özünü atmasa, mən işə gecikəcəm!



7. Qənnadı sexinə zəng olunur:

- Alo, mən mister Smitəm. Arvadımın ad günü üçün tort hazırlayın.

- Neçə şam qoyaq?

- İyirmi doqquz. Həmişə olduğu kimi.



8. Varlı lord Nyu-Yorkdan Londona evinə zəng edir. Dəstəyi qulluqçu götürür.

-Arvadım nə edir?

-Sizinlə yatır, ser.

-Cim, kabinetimə gir, vinçesteri götür, ikisini də vur. Telefonda gözləyirəm.

Beş dəqiqə sonra Cim məruzə edir:

-Ser, arvadınızı yataqda güllələdim, Siz bağa qaçdınız. Mən Sizi bağda vurdum.

-Cim, mənim bağım yoxdur.

-Ser, Siz hara zəng etmisiniz?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!