Lətifələr

Lətifələr
Karikatura - Lətifələr
10.09.2017 26
Bir gün bir jurnalist dəlixanaya gəlir. Birinci mərtəbədən soruşur:

-Müdir hanı?

-İkinci mərtəbədə.

İkinci mərtəbəyə qalxır:

-Müdir hanı?

-Üçüncü mərtəbədə.

Üçüncü mərtəbəyə qalxır:

-Müdir hanı?

-Damda.

Qalxır dama. Görür ki, dəlilər damda quş düzəldim uçururlar. Onlardan soruşur:

-Müdir hanı?

-Çatdıra bilmədin, əvvəlki reysdə o da uçdu.



* * *



Metroda oğlan qıza deyir:

-Kartın var?

-Hə.

-Payla oynayaq.

Sabah yenə həmən oğlan həmən qıza deyir:

-Kartın var?

-Yox.

-Onda 20 qəpik ver keçirdim.



* * *



Bir gün dəlilər dəlixanadan qaçmaq üçün plan qurur.Bir gün qaçırlar və sabahsı gün qayıdırlar.Onlardan soruşurlar.

-Niyə qayıtdız?

-Bu gün planı yoxlayırdıq.Sabah qaçacağıq.



* * *



Bir gün qarışqa filə qışqırır:

-Ay fil tez hovuzdan çıx!

-Niyə?

-Sənə dedim ki,hovuzdan çıx!

-Niyə çıxmalıyam eee?

-Mənim beynimi xarab eləmə çıx.

Fil hovuzdan çıxıb,deyir:

-Hə çıxdım nə olub?

-Hə indi gir. Elə bildim plafkimi sən geymisən!!!



* * *



Bir gün heyvanlar futbol oynayır. Hakim qarışqaya qırmızı kart göstərir. Qarışqa deyir:

-Mənə niyə qırmızı kart verirsən?

-Elə bilirsən ki,görmədim filə necə padnoşka verirsən.



* * *



Oğlan:

- Mən ölsəm nə edərsən?

Qız:

- Heç mən sənsiz qala bilərəm, sevgilim? Özümü öldürərəm!

Oğlan ağlamağa başlayır. Qız deyir:

- Niyə ağlayırsn?

-Day denən o biri dünyada da məni rahat buraxmayacaqsan...



* * *



İki qonşu söhbət edir:

- Qonşu salam tozsoranınızı istifadə etmək üçün verə bilərsiniz?

- İndi ərim evdən bayıra nəsə çıxarmağa icazə vermir. İstifadə etmək istəyirsənsə, gəl burada, bizim evdə istifadə elə...



* * *



Cərrah narkozdan ayılmış xəstəyə deyir:

- Əməliyyat uğurla başa çatdı.

Xəstə:

- Çox sağolun həkim! Amma mən bura krantı düzəltməyə gəlmişdim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!