Lenin haqqında lətifələr

Lenin haqqında lətifələr
Karikatura - Lətifələr
10.09.2017 16
-Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.

- Nə gətiriblər?

- Təzə balıq.

- Neçə gün yol gəliblər?

- İki həftə.

- Balığın hamısını uşaqlara verin.



Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər.

Yəhudi deyir:

- Şübhə yoxdur ki, o, yəhudidir. "r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.

- Yox – deyir tatar - Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb..

Çukça:

- Amma Lenin çukçadır.

- Niyə?

- Çox ağıllı idi...



Kənddən Leninin yanına adamlar gəlir:

- Vladimir İliç, ərzaq sapalağını ləğv edin. Aclıqdan otların hamısını yedik. Belə getsə, mal kimi böyürəcəyik.

- Düz demirsiniz. Biz Feliks Edmundoviçlə bir çəllək bal yedik, amma arı kimi vızıldamırıq.

-Vladimir İliç, qiyamçılar həbs edilib. Nə edək?

- Güllələyin. Amma əvvəlcə çay içirdin. İsti çay haaa.



Teleqram: ”Moskva. Kreml. Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək edin”. Səhəri gün Rabinoviçi lazım olan yerə çağırırlar:

- Ağlın başındadı? Lenin neçə ildir ölüb?

- Əşşi, nə vaxt sizə lazımdır, Lenin daim diridir, kasıb yəhudiyə lazım olanda deyirsiniz çoxdan ölüb.



25 oktyabr 1917. Smolnı. Sosialist inqilabının qələbəsini elan edən Lenin deyir:

- Bundan sonra bütün Rusiya ərazisində 8 saatlıq iş günü elan edirəm və bazar günü istirahət ediləcək.

Sürəkli alqışlar.

- Əgər biz işlərimizi yaxşı qursaq, həftədə iki gün istirahət edə bilərik.

Adamlar qışqırırı: "Ura!

- Əgər biz Fordun texnologiyasını zavodlarda tətbiq edə bilsək, hər həftə üç gün dincələcəyik.

Hamı əl çalır, papaqlarını göyə atırlar.

Bir az gözləyəndən sonra Lenin məzəmmətlə deyir:

- Sizə baxıram, yoldaşlar, deyəsən, işləməyə heç həvəsiniz yoxdu!



-Vladimir İliç, Siz niyə "Oxumaq, oxumaq, yenə də oxumaq” şüarını verirdiniz?

- Mən elə şüar deməmişəm. Qələm yaxşı yazmırdı. Onu düzəldirdim.



Doktor mavzoleydən çıxır:

- Yaşayacaq!



Həkimlər Leninin dirildirlər. Biri o birindən soruşur:

-Əməliyyat necə keçdi?

-Uğurla.

-Pasiyentin ilk sözü nə oldu?

-Lenin yaşadı, Lenin yaşayır, Lenin yaşayacaq.



Krupskaya Brejnevin qəbuluna gəlir.

- Məni tanıyırsınız, şübhəsiz...

Suslov Brejnevin qulağına pıçıldayır:

- Bu, Nadejda Konstantinovnadır!

- Aaa. Nadejda Konstantinovna!

- Familiyamı da xatırlayırsınız?

Suslov pıçıldayır:

- Krupskaya!

- Əlbəttə, bilirəm, Krupskaya! Sizin əriniz Krupskini də tanıyıram. Bu xeyirxah qocanı kim tanımır?



Kommunizmə gedən qatar dayanır. Yol qurtarıb. Lenin:

– Hamı iməciliyə çıxsın. Yolu düzəldək. Relsləri kapitalistlərdən alaq. Biz olmasaq da, balalarımız kommunizmdə yaşayacaq. Stalin:

-Qatarın briqadasını və stansiya işçilərini güllələyin. Qalanlar şpal döşəsin.

Xruşşov:

– Hamıya bəraət verilsin. Qatarın arxasında olan relsləri söküb qabağa düzün. Otuz ildən sonra kommunizmə çatacağıq. Brejnev:

– Pəncərələrdəki pərdələri bağlayıb vaqonları yelləyin. Hər bir normal sovet adamı başa düşəcək ki, gedirik.

Andropov – pəncərədən baxmaq istədi və öldü. Çernenko cəhd eləməmiş öldü. Qorbaçov platformaya çıxdı, baxdı:

-Nə irəliyə yol var, nə geriyə. Ona görə qatarı yenidən qurmalıyıq.



Balaca qız gecə yata bilmirdi. Ana uşağı sakitləşdirmək istəyib soruşur ki, niyə yatmır? Qız deyir: "Qorxuram"

-Nədən?

- Tərbiyəçi məktəbdə dedi ki, Lenin diridir və o balaca uşaqları çox sevir...



Dzerjinski Leninə zəng edir:

- Vladimir İliç, nə vaxt güllələyək – nahardan əvvəl, yoxsa sonra?

- Mütləq nahardan əvvəl. Naharı isə fəhlələrin uşaqlarına verin.



- Lenin axmaq deyildi. Onun ilk işi torpaq haqda dekret oldu. Amma kəndlilər torpaq üzü görmədilər!

- Əvəzində kəndlilər də Leninə borclu qalmadılar – o da torpaq görmədi!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!