Kovboylar haqqında lətifələr

Kovboylar haqqında lətifələr
Karikatura - Lətifələr
10.09.2017 8
Kovboy əlində tapança gedir.

— İki kərə iki neçə edir?

— Bilmirəm.

— Part! Axmaqları sevmirəm!

— İki kərə iki neçə edir?

— Nəyinə gərək?

— Part! Kobudları sevmirəm!

— İki kərə iki neçə edir?

— Neçə lazımdır?

— Part! Yaltaqları sevmirəm!

— İki kərə iki neçə edir?

— Part! Hər şeylə maraqlananları sevmirəm!



Texasda opera premyerası.

— Ata, müğənni oxuyanda niyə yellənir?

— Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!



Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:

— Özünüzü qoruyun – deyir və ölür.

Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:

— Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.

Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:

— Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:

— Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.

Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:

— İndi özünüzü qoruyun, Ağ Bill gəlir.



Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:

— Həkim nə dedi?

— Dedi ki, öləcəksən!



Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.

— Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.

Həkim deyir:

— Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır...



İki kovboy rastlaşır.

— İşlər necədi?

— Pis. Arvadım ayağını sındırıb.

— Axırı necə olacaq?

— Güllələməli oldum....



-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.

— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: "İki". At üçüncü dəfə sürüşdü və Bill "üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: "Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».



Qoca kovboy gənc kovboyu həkimə göstərir:

— Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.

— Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?

— Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.



Kovboy bara girib 15 butulka pivə sifariş verir:

— Atım içmək istəyir!

At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:

— Bəs özünüz içmirsiniz?

— Nə danışırsız? Mən sükan arxasındayam!



Vəhşi Qərbdə.

— Ay yetim, al bu konfeti.

— Mən yetim-zad deyiləm, o dee atam dayanıb..

Kovboy tapançanı çıxarıb kişini vurur.

— Ay yetim, al bu konfeti .



Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:

— Nə arzun varsa de, yerinə yetirim.

— Evə getmək istəyirəm.

Cin onun əlindən tutub dartır:

-Getdik!

Kovboy acıqlanır:

— Mən evə tez çatmaq istəyirəm!

— Onda qaçdıq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!