Biraz pozitiv olun qızlar

Biraz pozitiv olun qızlar
Karikatura - Lətifələr
10.09.2017 15
Profilində statusu yazan kimi adamı sındıran komentlər yazan şəxslərə Yaxın Uşaq deyilir :D



Dırnağına lak vurub sora da onu şəklini profile qoyan qızlar, neyniyək indi üfürək ki, tez qurusun...?? :)))))))



Müəllimə şagirddən soruşur:

-qızım "sevmək" sözünü gələcəkdə işlət görüm:

-"ərə getmək")))



Atam evə gələncə birinci qabağına mən qaçıram ki pul verəndə də ilk mən alım

Atam bunu biləndə evə mən yatandan sonra gəlir..:/



Mesajlaşdığınızı bilirəm, çünki heç kim dizinə baxıb gülməz!

imza: Müəllim :))



Yaxşı dostlar bir-biriləri üçün canlarından keçərlər.. Amma söhbət saqqızdan gedəndə "Sən öl axırıncıdı" :/ 



Universitetdə müəllim pula, qız özünə, oğlansa qıza baxır :DDD

Karoçi, kitab dəftərə baxan yoxdu :DD



İnsanlar iki yerə ayrılır; 

-şampunu birbaşa başına tökənlər,

-şampunu ilk əvvəl əlinə tökənlər :D



Türkiyədən təzə gələn Azərbaycanlının danışığı:

-Abi, pəncərəni kapat içirə skvaznyak yapıyorr :))



21 yaşına gəldim çatdım, amma hələ
də mama işdən qayıdanda tez qabağına çıxıb, sumkasını alıb içini
eşəliyirəm, bəlkə şokalad tapdım deyə =))



İndiyənə kimi sevgidən xeyir görənlər:

Azercell,

Bakcell,

Nar mobile...

Kent,

West,

Winston :)))



Çölə zəng vurulanda qaça-qaça çıxan, 

İçəri zəngi vurulanda eşitməməzlikdən gələn uşaqlar olmuşuq =))



Əvvəllər 1 manatla marketə girib 3 kola, 4 cipsi, 5 paçka siqaret alıb çıxırdım, bəs indi???

İndi hər yerdə kamera var :D)))



Avtobusda qıza yol verib, başı üstündə axran kimi dayanan varlığa "oğlan" :))



Rus və türk dilində danışan qızların yeni əmələ gətirdikləri söz:

"NERViLENiYORUM"



Toylarda hopbanim gul tutan qaqaşlar. Görəsən ərə geddilər :)))



Mən uşaq olanda çox dəcəl idim, isti suyla çiməndə birdən soyuq suyu da açırdım.. Adrenalin yaşıyırdım :)))



Yadıma düşmüyəsən deyə çoban salatını xiyars'sız hazırlayıram, sən nəyin dərdindəsəneee? :D



Standart bir Ana çörək almağa getməyən oğlunu tək bir cümlə ilə ikna edə bilər: "yaxşı, onda özüm gedirəm" :D



"Buyurun, nə verək?" deyən ofisanta "bir təsəlli ver" dedim.. biraz mənə baxdı, qucaqlaşdıq, ağlaşdıq :/ :D 



Paltarı geyindikcə genələr deyən satıcı,

saçın uzadıqca öz formasını alar deyən bər-bər və 

zamanla sevgilini unudarsan deyen insan —

Bunların hamısı eyni təşkilatdandı

:D inanmiyin bulara :D



Qızlar it görəndə:

Ay mamaa qorxuram!!!

Oğlanlar it görəndə:

Yetim, bes diyirdin aton işdədi :))) 



Fikir verirsiz Tom ve Cerry həmişə lüt gəzir.. Ama plyaj gedəndə şortik geyinirlər =))



Bizim vaxtımızda "Danone" zad yox idi, qatıq üstünə pesok töküb yeyiydik :) 



Anan "hardasan?"

soruşduğunda '2 dəyqəyə gəlirəm' deyib 2 saata gelirsənsə.. 

O da səni səhərlər "dur, saat 9du" deyib 7də oyadar :)))



Müəllimlərin ən yadda qalan güzəşti: 

"bu dəfə nöqtə qoyuram, gələn dəfə bilməsən 0, ya da 2 yazacam" :D



Evdən çıxmaq üzrəykən telefonun zaryatkasının qutardığını görüb

yaşanan hisslərin hekayəsi — "Getməkmi, yoxsa qalmaqmı?" 

Yaxında sinemalarda :D



Gecə yatanda millət sevgilisiylə danışsın, biz də yorğanın enini, uzunluğunu axtaraq :/



Öz yazdığı statusu, kommenti özü like eliyən,

sabah da öz toyuna pul salar =))



Yemək yeməməklə eşqə düşmək arasında məntiq tutan varlığa "ANA" deyilir =))



Həyəcanla danışan dostunun
tüpürcəyinin bir damlasını sifətinə gəlməsi və sənin heç bir şey demədən
ona qulaq asmağın. Al sənə gerçək dostluq :))



Həyatda həyəcanlı anlardan biri də, balaca uşağı ağlatdıqdan sonra anasına xəbər verməsin deyə elədiyimiz meymunluqlardı =))



Biraz HÜNDÜR maşın GORƏN KİMİ .. "CiP"

deyən varlığa — Qız...



Bir maşın görən KİMİ... Rastamoşka puluna qədər 

sayan varlığa — Oğlan diyilir :D



Papam anektod danışarkən zarafatca

"bəs anektod nə vaxt danışacağsan?" dedim..

Hələ də sol gözüm yaxşı görmür...

Yaşlı nəsilin zarafatla arası yoxdu :( 



Hoooppppaaaa Gangam Style'in Azerbaycan versiyasi... Oooxxxaaayyy Qəndlə Çay =))



Müasir zamanda uşaq yedizdirmək üsulu:

Maşın gəlir, siqnal verir ay Ələsgəərrrrr, zaaaayyeeeç, sən necə də gözəlsən :D



"Geyinmiyəcəydinsə niyə aldın bu paltarı" cümləsindəki Mamanı tapın =)))



Bir ünvan ol məsələn Əhmədli....

- De ki, "suyumuz gələnə qədər sevəcəm səni ♥скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!