Gülüş...

Gülüş...
Karikatura - Lətifələr
10.09.2017 6
Qatarda
bir oğlanla qoca yəhudi gedir. Oğlan yəhudidən saatı soruşur. Ancaq
yəhudi cavab vermir. Səhər açılır. Yəhudi qatardan düşməyə hazırlaşanda
saatı deyir. Oğlan:

- İndi niyə deyirsən? Mənə gecə saatı bilmək lazım idi.

Yəhudi:

- Gecə sənə saatı desəydim, yavaş-yavaş söhbətə başlayacaqdıq. Sən
məndən harda yaşadığımı soruşacaqdın. Sonra mənimlə dost olmaq
istəyəcəkdin. Ondan sonra bizə qonaq gəlmək istəyəcəkdin. Sonra evimə
qonaq gələcəkdin. Evimdə qızımnan tanış olacaqdın. Sonra qızımla
evlənmək istəyəcəkdin. Saatı olmayan kürəkən mənim nəyimə lazımdı?



11 sentyabrdan sonra:

Amerikalılar Amerika bayrağını asır.

Ərəblər Amerika bayrağını yandırır.

Yəhudilər Amerika bayrağını tikib satır.



İki polyak bir kamerada.

- Yəhudilərə görə yatırıq!

- Axı Polşada, demək olar ki, yəhudi qalmayıb!

- Elə ona görə də deyirəm. Yəhudilər olsaydı, biz yox, onlar yatardı.



Ah, bu yəhudilər! Özləri üçün sionizmi, başqaları üçün marksizmi icad ediblər!



Pasport və viza şöbəsində yəhudi SSRİ-dən getmək istəməsini iki səbəblə izah edir.

- Birinci səbəb odur ki, qonşum məni hədələyir. Deyir SSRİ dağılan kimi səni doğrayacam!

- Nədən qorxursan? Axı sovet hökuməti heç vaxt dağılmayacaq!

- İkinci səbəb də elə odu da.



Yəhudi anket doldurur.

-Başqa partiyalara üzv olmusan?

- Yox.

-Düşmən işğalı altında olan ərazilərdə olmusan?

- Yox.

-Məhkum olmusan?

- Yox.

-Milliyyətin?

- Hə.



Ştirlis Gestapoda ilişib. Müller onu çağırır və sınamaq üçün deyir:

- Bizə məlumdur ki, sən yəhudisən!

-Nə danışırsız, mən rusam!



-Sizi işə götürərdik. Ancaq bizə ali riyaziyatı bilən lazımdır.

- Mən riyaziyyat fakültəsini bitirmişəm.

- Çox yaxşı, ancaq nüvə fizikasınl da bilmək lazımdır.

- Mən eyni zamanda fizika fakültəsin də bitirmişəm.

- Çox yaxşı. Ancaq bizim Türkmənistanda müəssisəmiz var. Ona görə də türkmən dilini də bilmək lazımdır.

- Mən türkmən dilini də bilirəm.

- Bizi hələ çox ələ salacaqsan, yəhudisifət?!



Yəhudiyə deyirlər:

- Lenin ölüb, ancaq əməlləri yaşayır.

- Kaş əməlləri öləydi, özü yaşayaydı.



Yəhudinin qapısı döyülür:

- Rabinoviç burda yaşayır?

- Yox.

- Axı bizə verilən ünvanda yazılıb ki, burda yaşayır.

- Siz buna yaşamaq deyirsiz? Rabinoviç burda yaşamır, sürünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!