Gülüş günü

Gülüş günü
Karikatura - Lətifələr
10.09.2017 13
Moyşa
qoca kəndlidən 100 dollara uzunqulaq alır. Kəndli səhəri gün uzunqulağı
ona gətirməli idi. Lakin səhər gəlib uzunqulağın öldüyünü deyir:

- Bağışlayın, ancaq uzunqulaq ölüb.

- Onda mənim 100 dollarımı qaytarın.

- Qaytara bilmərəm. Çünki xərcləmişəm.

- Yaxşı, onda ölüsünü mənə verin.

- Neynirsiz?

- Mən onunla lotereya oynayacam.

- Siz ölü uzunqulaqla lotereya oynaya bilməzsiz!!!!!

- İnanın ki, bilərəm. Ancaq heç kimə onun öldüyünü demə.

Bir aydan sonra kəndli Moyşanı görür.

- Ölü uzunqulağı neynədin?

- Dediyim kimi, onunla lotereya oynadım. Hərəsi 2 dollardan 500
lotereya bileti satdım. Nəticədə 898 dollar qəzanc əldə elədim.



Məktəbə
gələn təzə müəllim görür ki, uşaqlardan birini hamı "axmaq Moyşa” deyib
çağırır. Müəllim uşaqlardan Moyşanı niyə belə çağırdıqlarını soruşur.

- O, həqiqətən də, axmaqdı. Əgər ona böyük həcmli 5 şekelnən kiçik
həcimli 10 şekeli uzatsan, o, 5 şekeli götürür. Elə bilir ki, 5 10-dan
çoxdu. Bunu deyən uşaq cibindən 5 və 10 şekel pulları çıxarıb Moyşaya
uzadır. Moyşa hər zaman olduğu kimi 5 şekeli götürür. Müəllim təəccüblə
soruşur:

- Niyə belə edirsən?

- Baxın cənab müəllim, axı 5 şekel daha böyük həcmdədi.

Dərslərdən sonra müəllim yenidən Moyşaya yaxınlaşıb soruşur:

- Sən, doğrudan da, 5 şekelin 10 şekeldən az olduğunu anlamırsan?

- Əlbəttə, anlayıram.

- Bəs onda niyə 5 şekeli götürürsən?

- Çünki 10 şekeli götürsəm, onlar day mənə pul verməyəcək.



-Niyə Kominterndə Yeni Qvineya nümayəndəsi yoxdur?

-Burnuna sırğa taxmağa razılaşan yəhudi tapılmayıb.



-SSRİ-ni kim yaradıb?

- Stalin!

İsraili kim yaradıb?

- Stalin!

-Bütün bunlarda kim günahkardı?

- Yəhudilər.



İsrailin
BMT-dəki səfiri tribunadan çıxışa başlayır: «Min illər öncə Musa
peyğəmbər yəhudiləri başına toplayıb yer üzünü gəzirdi. Nəhayət, İordan
çayının sahilinə gəlir. Əvvəl yəhudilər çaydan su içir. Sonra Musa
peyğəmbər paltarlarını çıxarıb çaya girir. Çaydan çıxanda görür ki,
ərəblər paltarlarını oğurlayıb». Bu an ərəblərin BMT-dəki səfiri
yerindən qalxıb qışqırır: «O vaxtı ərəblər orda yaşamırdı».

İsrailin səfiri:

- Elə mən də onu demək istəyirəm.



İsrail-ərəb
müharibəsi. Səngərlərin birində yeddi ərəb, birində isə bir yəhudi var.
Yəhudi bir-bir çox işlənən ərəb adlarını çağırır:

-Əhməd!

Ərəbin biri ayağa qalxıb deyir:

-Mən!

Yəhudi onu vurur. Sonra çağırır:

-Həsən!

Bir ərəb ayağa qalxıb deyir:

-Mən!

Yəhudi onu da vurur. Beləcə o, altı ərəbi öldürür. Nəhayət, bir ərəb
qalır. O yəhudinin hiyləsini başa düşüb eyni qayda ilə öldürmək fikrinə
düşür. Səngərdən çağırır:

-Abram.

Abram başını səngərdən çıxarmadan soruşur:

-Kimdi məni çağıran?

Ərəb başını səngərdən çıxarır:

-Mən.

Səngərdəki sonuncu ərəb də belə ölür.



Bir ravvin o biri ravvinin yanına gəlib deyir:

- Saatımı oğurlayıblar. Bilirəm ki, sinaqoqa gələnlərdən biri oğurlayıb. Oğrunu necə tapım?

- Sinaqoqa gələnləri bir yerə topla və moizə oxu. «Oğurluq etmək
günahdır» deyəndə gələnlərin gözlərinə bax. Kim gözlərini aşağı salsa,
bil ki, oğru odu.

Səhəri gün saatı oğurlanan ravvin bir dəstə güllə məsləhət verən ravvinin yanına gəlir:

- Sağ ol, məsləhətin mənə çox kömək etdi.

- Oğrunu tapdın?

- Yox. Ancaq «Zina etmək günahdır» deyilən yerə çatanda saatı harda yaddan çıxardığım yadıma düşdü».



Rabinoviç arvadına deyir:

- Utanıram, çox utanıram.

- Nə olub?

- Abram artıq üçüncü dəfədir məni arvadının dəfninə dəvət edir. Ancaq mən onu hələ bir dəfə də olsun dəvət etməmişəm.



Çəlləkdə diri balıq satırlar. Abram soruşur:

- Balıq təzədi?

- Görmürsən, diridi.

- Mənim arvadım Sara da diridi, ancaq təzə deyil.



Yəhudi arvadı - ən gözəldi.

Əgər elə deyilsə – ən ağıllıdı.

Elə də deyilsə – onda ən xəstədi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!