Gülüşlü günlərə

Gülüşlü günlərə
Karikatura - Lətifələr
10.09.2017 15
Rabinoviç
Nyu-Yorka mühacirət edir. Orada restoran açır. Restoranın qapısında
yazır: "Ərəblərə giriş qadağandı”. Bir neçə gündən sonra restorana ərəb
gəlir. Ofisiant bunu Rabinoviçə bildirir. Rabinoviç deyir:

- Yaxşı, hay-küy istəmirəm. Ona kofe və buterbrod ver. Ancaq hesabı ikiqat artıq al. Bir də bura gəlməz.

Ancaq səhəri gün nahar vaxtı ərəb yenidən restorana gəlir. Bu dəfə
Rabinoviç ondan üçqat artıq hesab almağı tapşırır. Ərəb yeyib pulu verib
gedir. Üstəlik, axşama 10 nəfərlə gələcəyini deyir. Rabinoviç
fikirləşib deyir:

- Yaxşı, qoy gəlsin. Ancaq hesabı onqat artıq alarsan.

Axşam ərəb öz dostları ilə gəlir, yeyib-içir, hesabı verib gedir.
Səhər Rabinoviçin restoranının qabağında yazı asılır: "Yəhudilərə giriş
qadağandı”.



Rabinoviç dükana gəlir.

- Mənə siyasi büro üzvlərinin şəkillərindən yüz komplekt verin.

- Neynəyirsiz o qədər?

- Viza almışam. Təl-Əvivdə tir açmaq istəyirəm.



Yəhudi qəbiristanlığında ana balaca oğlunu dəfn edir və tapşırır:

- Oğlum, Allahdan xahiş elə, Sara ərə getsin. Sonra xahiş elə ki, Xaim dayın sağalsın. Sonra de ki, Natanı əsgər aparmasınlar.

Yaxınlıqda dayanan qəbirqazan dözməyib dillənir:

- Qulaq asın, əgər Allaha bu qədər işiniz düşübsə, özünüz gedin. Day ağlı kəsməyən uşağı göndərməyin.



Bir nəfər kilsəyə gəlib keşişə deyir:

- Mən günah etmişəm.

- Nədir günahın?

- Yəhudini aldatmışam.

- Bu, günah deyil.

- Bəs nədi?

- Bu möcüzədi!!!



Yəhudi
uşağı özünü pis apardığına görə bütün məktəblərdən qovurlar. Atası
bilmir nə etsin. Axırda uşağı xristian kilsə məktəbinə göndərirlər. Bir
müddət keçir. Uşaq çox yaxşı oxuyur, özünü ağıllı aparır. Təəccüblənən
ata oğlundan soruşur:

- Nə oldu, belə tez düzəldin?

- Ata, inanmazsan. Məktəbə gələndə gördüm ki, elə qapıda bir yəhudini
çarmıxa çəkiblər. Başa düşdüm ki, bunlarla zarafat etmək olmaz.



Avtomobil kirayələmək məntəqəsi. Yəhudi oranın sahibindən soruşur:

- Deyin görüm, «Reno» bir kilometrə nə qədər benzin işlədir?

- Bir qaşıq!

- Çay, yoxsa yemək qaşığı?



Məhkəmə yəhudiyə 5 il iş verir. Yəhudi son sözündə deyir:

- Olar ki, mənə 5 yox, 10 il iş verəsiz. Ancaq həbsxanada bir gündən bir olum?

Ancaq lap ağıllı yəhudi belə deyirdi:

- Olar mən 5 yox, 10 il həbsxanada yatım. Ancaq axşam 8-dən səhər 8-ə qədər?



Qüdsə gələn amerikalı Hüzn divarına baxmaq istəyir. Ancaq oranın adını bilmədiyindən taksi sürücüsünə deyir:

- Yəhudilərin ağladığı, başlarını divara vurduğu yerə apar.

Sürücü onu vergi polisinin binasının yanına apardı.



Qulaq as, Mendel. Niyə Abramla day kart oynamırsan?

- Sən hər dəfə fırıldaq işlədən adamla kart oynayardın?

- Əlbəttə, yox.

- Abram da oynamaq istəmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!