Stalin elə Stalin idi - zarafatları (1. hissə)

Stalin elə Stalin idi - zarafatları (1. hissə)
Karikatura - Lətifələr
10.09.2017 12
O, həm də çox hazırcavab imiş. Hərdən öz qərarlarını və hökmlərini
yumorla bildirirmiş. Bu yumoru eşidənlər isə o an qorxudan gülüş
hissindən çox uzaq olublar.

Qadinlar.biz bu zarafatları təqdim edir:

1."Pobeda" avtomobilinin işlənib hazırlanması zamanı onun "Vətən"
adlandaırlması nəzərdə tutulubmuş. Bu barədə eşidən Stalin istehzalı
şəkildə soruşur: " Yaxşı, bizim Vətən neçəyə olacaq?" Avtomobilin adı
dərhal dəyişdirilir.



2.Bir dəfə Stalinə çatdırırlar ki, bəs marşal Rokosovskinin
məşuqəsi var və o, məşhur gözəl aktrisa Valentina Serovadır. İndi biz
onlarla neyləyəcəyik? Stalin ağzından qəlyanı çıxararaq bir az
düşündükdən sonra deyir:

-Neyləyəcəyik, neyləyəcəyik...həsəd aparacağıq!



3.Artlleriya sisteminin konstruktoru V.Q.Qrabin deyirmiş ki, 1942-ci il ərəfəsində Stalin onu yanına çağırır və soruşur:

-Sizin topunuz Rusiyanı xilas etdi. İndi siz nə istəyirsiz-Sosialist Əməyi Qəhrəmanı, yoxsa Stalin mükafatı?

-Mənimçün fərqi yoxdur, yoldaş Stalin.

Hər ikisini verirlər.



4.İkinci Dünya Müharibəsi zamanı Baqramyanın komandanlığı altında
olan qoşun hissələri hamıdan qabaq Baltik dənizinə gedib çıxır. Erməni
general şəxsən özü butulkanı Baltik dənizinin suyundan doldurub
adyudantına verərək Moskvaya, Stalinə göndərir. O, təyyarə ilə yola
düşür. Adyutant yolda olarkən almanlar əks hücuma keçərək Baqramyanı
Baltik sahillərindən atırlar. Adyutantın Moskvaya gəlişinə qədər artıq
bu barədə məlumat olsa da o, bu bunu bilmirdi. Çünki təyyarədə radio yox
idi. Beləliklə, məğrur adyutant Stalinin kabinetinə daxil olaraq
pafosla, təntənə ilə bildirir:

-Yoldaş Stalin, general Baqramyan sizə Baltik dənizinin suyundan yollayıb!

Stalin butulkanı alıb əlində bir neçə dəqiqə fırlayaraq adyutanta qaytarır və deyir:

-Bunu qaytar Baqramyana, de ki, hardan götürüb qaytarıb töksün yerinə.



5. 1939-cu ildə "Qatar şərqə gedir" filminə baxırmışlar. Qatar gedir və dayanacaqda dayanır...

-Bu hansı dayanacaqdı? -deyə Stalin soruşur.

-Demyanovka.

-Bax, burda mən düşürəm, - deyən Stalin zaldan çıxır.



6.Kömür sənayesi naziri postuna namizədlik müzakirə edilirmiş.

Şaxtalardan birinin direktoru olan Zasyadkonun namizədliyini irəli sürürlər. Kimsə etiraz edir:

-Hər şey yaxşıdır, lakin o spirtli içki aludəçisidir.

-Onu mənim yanıma çağırın, - Stalin deyir.

Zasyadko gəlir. Onunla söhbət zamanı Stalin içki təklif edir.

-Məmnuniyyətlə, - deyən Zasyadka stəkana araq süzür:

-Sizin sağlığınıza, yoldaş Stalin! - deyərək içir və söhbətinə davam edir.

Stalin onu diqqətlə müşahidə edərək ikincini təklif edir. Zasyadka
ikinci stəkanı da birnəfəsə başına çəkir. Stalin üçüncünü təklif edəndə
onun müsahibi stəkanı kənara itələyib deyir:

-Zasyadka həddini bilir.

Razılaşırlar. Siyasi Büronun iclasında yenidən nazir namizədliyi
məsələsi qaldırılarkən onun içki aludəçisi olduğu bir daha vurğulanır.
Stalin qəlyanla var-gəl edərək deyir:

-Zasyadka həddini bilir!

Beləliklə, Zasyadka uzun illər kömür sənayesinə rəhbərlik edir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!