Həyatla müsahibə

Həyatla müsahibə
Maraqlı məlumatlar
10.09.2017 15
 

 
 
"Məndən müsahibə almaq istəyirsən?” – deyə soruşdu Həyat.
”Vaxtın varmı?” deyə soruşdum.
Gülümsədi.
”Mənim vaxtım Sonsuzluq” – dedi Həyat.
"Nə suallar var ürəyində?”
"İnsanlara ən çox nə vaxt hirslənirsən?” deyə soruşdum.
Həyat cavab verdi:
"İnsanlar uşaqlıqdan sıxılıb böyümək üçün tələsirlər, sonra yenə uşaq olmanın həsrətini duyurlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını itirirlər. Gələcəyi düşünməkdən bu günü unudurlar. Sonra da nə bu günü, nə də gələcəyi yaşaya bilirlər. Təcrübə yaxşı bir müəllimdir deyirlər, amma təcrübənin talonun ödəmək istəmirlər. Həyatlarını qazanmaq üçün təhsil alırlar, amma həyat ustası olmağı bilmirlər. Bu səbəblə də, heç ölməyəcəkmiş kimi yaşayırlar və heç yaşamamış kimi ölürlər.”
Həyat əlimi tutdu. Bir müddət səssiz qaldıq. Dərin bir nəfəs aldım.
"İnsanların nələri öyrənmələrini istəyirsən?” deyə soruşdum.
Həyat cavab verdi:
"Heç kimi səni sevməyə məcbur edə bilməyəcəyini, edə biləcəyin tək şeyin səni sevmələrinə icazə vermələrini istəyərdim. Bağışlamanın bağışlayaraq öyrənilə biləcəyini öyrənmələrini istəyərdim. Başqalarıyla özlərini müqayisə etməməyi öyrənmələrini istəyərdim. İki insanın eyni şeyə baxıb fərqli şeyləri görə biləcəyini öyrənmələrini istəyərdim. Zəngin insanın ən çox şeyə sahib olan deyil, ən az şeyə ehtiyac duyan insan olduğunu öyrənmələrini istəyərdim. Bir mehriban ürəyi dərindən yaralamanın bir anda olduğunu, amma sağaltmağın çox uzun sürdüyünü öyrənmələrini istəyərdim. Səni sevən insanların duyğularını necə ifadə edə biləcəklərini bilmədikləri üçün səni sevmədiklərini sanmaq yerinə onların sevgisini hiss etməyi öyrənmələrini istəyərdim…”
Həyat dərin bir nəfəs verdi. Həyatın nəfəsi sözlərə çevrildi:
"Söylədiklərimi ürəyinə qeyd et” – dedi. Söylədiyi cümləni ürəyimə qeyd etdim.
"Başqalarını bağışlamaq kafi deyil, özünü də bağışlamağı öyrən”
Bu sözlərdən sonra özümü çox rahat hiss etdim.
"Son bir sual daha, Həyat” – dedim. "Məndən nə istəyirsən, Həyat?”
Bütün otağı ağ bir işıq örtdü və həyat cavab verdi:
"Sənin özün olmağını istəyirəm, yoxsa başqası olardın. Sənə bu gün ehtiyacım olduğunu bil, yoxsa bu gün mənimlə olmazdın. Öz bənzərsizliyini bil, çünki mən özümü təkrar edilməyəcək qədər yaradıcı və zəngin sayıram. Həqiqətən tək qiymətli olanam. Dəyərimi bil”.
 
Redakte etdi: PRETTY GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!