Sən Axı Əslində Xoşbəxtsən

Sən Axı Əslində Xoşbəxtsən
Maraqlı məlumatlar
10.09.2017 12
 

 
Sevdiyin insanları görə bildiyin, səsini eşidə bildiyin, ona ürəyindən keçən sevgi dolu sözləri deyə bildiyin üçün xoşbəxt hiss edirsən özünü?



Sevgilinlə danışarkən heç iki kor insanın sevgisindən danışdınız? Onlar sevir bir-birini, amma görmür, onların gördüyü ancaq qaranlıq şəhər var. Onların gördüyü dəniz qapqaradı, onların birgə baxdığı filmdə sevdikləri bir personaj yoxdu. Bu bizim kinomuz olsun dedikləri kino da yoxdu. Onlar qaranlıq dünyalarında xoşbəxtdirlər… 



[/i][/b][/i][b]

[/i]

[/i]Ya da iki kar və lal insanın sevgisindən danışdın heç ona? Onlar heç vaxt bir-birilərinin səsini eşitməyiblər, onlar bir-birilərinə olan sevgilərini heç vaxt öz dilləri ilə etiraf edə bilməyiblər.Onların gəzdiyi şəhər həmişə sakit, baxdıqlari kinolar səssiz olub. Dənizə baxarkən qulaq asdıqları və bu da bizim mahnımız olsun dedikləri bir mahnı da yoxdu. Sadəcə olaraq onlar öz sakit dünyalarında xoşbəxtdirlər…



Əgər bu gün səni sevən biri varsa, onun sənə verdiyi sevginin artığını verməyə çalış ona. Ona necə dəyərli olduğunu öz cümlələrinlə başa sal! Çünki onu eşidə bilirsən. Onunla ən çox sevdiyin mahnılara və dəniz kənarında dalğaların səsinə qulaq asa bilirsən, sevdiyin kinolara bir yərdə baxa bilirsən…



Bunları heç vaxt unutma, onda görəcəksən ki, "Sən axı xoşbəxtsən."
[/i] 
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!