Ürək ürəyə dirək olmalıdır… ( Müzakirə )

Ürək ürəyə dirək olmalıdır… ( Müzakirə )
Maraqlı məlumatlar
10.09.2017 10


Ürəyinə uyğun bir ürək tapmaq, mənəviyatı qoruyan, könül ünsiyyətini tam qura bilən bir insanı tapmaq deməkdir.
Ürəksiz xoşbəxtlik olmaz.
Ürək ürəyə qarşı olmalıdır…
Ürək ürəyə dirək olmalıdır…
Ürəklər bir olmalı, iri olmalı, diri olmalıdır…
Ölmüş ürəklər daşıyan qəlblər, xoşbəxt ola bilərmi?
Bəli ,məsələ görüntü deyil, ürək məsələsidir.

Görünüşə görə yoldaş axtaranlar, bədənə, qaşa, gözə bağlayanlar, xoşbəxtliyi səhv ünvanda axtaranlardır.
Hərçənd hər axtaran tapa bilməz amma, tapanlar həmişə axtaranlardır. Xoşbəxtliyi axtararaq tapmaq mümkündürmü?
Bir də axtarırmış kimi edənlər var. Bunlar, hər nə qədər sevginin bir könül işi və mənəvi tezliklərin uyğunlaşması mənasını verdiyini qəbul etsələr də, seçkilərini, həmişə maddədən, görünüşdən yana edərlər. Yəni inandıqları və düşündükləri kimi davranmazlar.
Tapa bilməyəcəyi yerdə axtaranlar da bunlardan sayılmalıdır.
Bəzi gənclər də ürəyinə qarşılıq ürəyi belə axtarırlar. Ürək, duyğular, sevgi, şəfqət, mərhəmət tamamdır amma, görünüş, boy, qaş göz deyirlər.Hətta oralara ilişib qalırlar. Könülə deyil, gövdəyə etibar edirlər. Hətta bu insan sənə görə deyil, deyənlərə də "Mən onu dəyişdirərəm" deyirlər. Ya da , "O gördüyünüz kimi deyil, əslində çox yaxşı biri" iddiasında olarlar.





Sonra də, ünsiyyətimiz niyə pisləşdi, nə üçün belə oldu, dolanışıqsızlıq haradan gəldi deyə deyinirlər

Atalarımız, İki könül bir olsa samanlıq seyran olar deyiblər. Nə gözəl deyiblər. İki könül bir olmazsa, yəni ürəyinə qarşılıq bir ürək yoxsa, saraylar zindan olar və təbii ki yoldaşlar xəyal qırıqlığına uğrayarlar. Onsuz da, yalnız iki gövdənin bir olması insani bir hal deyil.

Ps : Bəz sizlər necə ? Sizin üçün ürəkmi dəyərlidir yoxsa ilk öncə görünüş ? ürək deyib ilk görünüşə aldananlar da var. Səmimi olun. Elə belə söhbətdi də edirik ;)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!