Sonra deyirik ki, bəylər bizi anlamır..

Sonra deyirik ki, bəylər bizi anlamır..
Maraqlı məlumatlar
10.09.2017 18
Bir kişini əsəbləşdirmək istəmirsinizsə, aşağıda qadınla kişi arasında olan dialoqu diqqətlə oxuyun.


Qadın: Saçımı kəsdirim?
Kişi: Necə istəyirsən.
Qadın: Əlim gəlmir ee kəsdirməyə…
Kişi: O zaman kəsdirmə.
Qadın: Nəsə bir dəyişiklik istəyirəm axı…
Kişi: Dəyişiklik istəyirsənsə, kəsdir.
Qadın: Bu nə cür məsləhət verməkdir, dəlilər ağıl verir kimi.
Kişi: Mənim fikrimi bilmək istəyirsənsə, kəsdirməyinə razı deyiləm. Uzun daha yaxşıdır, mən belə sevirəm. Bunu da sən gözəl bilirsən.
Qadın: Ancaq biz tanış olanda saçlarım qısa idi.
Kişi: Və mən nə dediyimi çox gözəl xatırlayıram: “Uzun saç sənə çox yaraşar”
Qadın: Amma mənə hamı qısa saçın daha çox yaraşdığını deyir.
Kişi: O halda salona get və imkan ver yatım bir az. ALLAH rızası üçün bəsdi bu qədər sual
verdin.
Qadın: Yaxşı, necə kəsdirim ? Qat-qat, yoxsa qısa düz?
Kişi: Qat-qat.
Qadın: Qat-qat mənə yaraşmaz, çünki üz quruluşum o forma üçün münasib deyil.
Kişi: Onda qısa və düz olsun.
Qadın: Çox yorucudur.
Kişi: Bezsə, gedib yenə kəsdirərsən
Qadın: Onda saçlarımı heç vaxt uzada bilməyəcəm ki…
Kişi: Uzatmaq istəyirsənsə, gözəlim kəsdirmə.
Qadın: Mənə gözəlim demə!!!
Kişi: Nə?????!!!
Qadın: Saç düzümümə də qarışma!!!
Kişi: ALLAHım ya Səbr!!!
Qadın: Saçımı deyirəm necə kəsdirim?
Kişi: Offfffff!!!! Bu nə gündür?
Qadın: Aa dəlidir ee nə dedim ki, mən?



Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!