Unikal boşanma hekayətləri

Unikal boşanma hekayətləri
Maraqlı məlumatlar
10.09.2017 27
Tərəflərin boşanmaq üçün bəhanələri çox olur, beləsini isə heç vaxt eşitməmisiniz. Pulsuz boşanmaABŞ-ın Pensilvaniya ştatında radiostansiyalardan biri pulsuz boşanma kampaniyasına başlayıb. Əslində bunu əylənmək üçün etmişdilər, kiminsə onlara müraciət edəcəyini gözləmirdilər. Ancaq dinləyicilərdən biri kampaniyadan faydalandı, Sevgillər günü boşanma haqqında sənədi hədiyyə kimi qəbul etdi. Ayaqyolu ayrılığa səbəb oldu Səudiyyə Ərəbistanında yeni ailə həyatı qurmuş cütlük bal ayından qayıdırmış. Qadın ayaqyoluna gedib, qayıdanda isə görüb ki, əri artıq təyyarəyə minib. Ərinin gözləməyi xoşlamadığını bilsə də boşanmaq üçün məhkəməyə müraciət edib. Çirkin boşanmaJian Fenq gözəl bir qadınla evlənib, övladları olub, ancaq uşağın dünyaya gəlməsi bu ailəyə xoşbəxtlik gətirməyib. Çünki uşaq çox çirkin idi. Ər arvadı xəyanətdə günahlandırıb, deyib ki, bu uşaq məndən deyil. Gözəl qadının boşanmaqdan başqa çarəsi yox idi. Çünki bu qadın gözəlliyini əslində plastik cərrahlara borcluymuş. Estetik əməliyyatdan qabaq isə çox çirkin imiş. Köhnə yalan! Şanglin bələdiyyəsinin sədri Çen Luo adlı bir xanımla evlənəndə elə bilib ki, qızın 24 yaşı var. Halbuki xanımın 30 yaşı vardı, buna baxmayaraq o, məsələni açıb-ağartmır. Evlənirlər, münasibətlər çox yaxşı imiş, ancaq həqiqətin ortaya çıxamasından sonra Çen boşanmaq üçün məhkəməyə müraciət edib. Virtual boşanma! Ərindən boşanan Ami Taylorun atdığı bu addım dünyanın ən qəribə hərəkətlərindəndir. Ərinin oynadığı rol həyat yoldaşını qıcıqlandırıb və o, boşanmaq üçün məhkməyə müraciət edib. Maraqlıdır ki, bu tamaşada qadının özü də rol alıbmış. Ancaq ərinin tamaşada sevgilisinin olmasını, yəni virtual xəyanəti belə qəbul edə bilməyib. Yuxuda danışmaq! Bir banqladeşli yuxuda arvadına üç dəfə “boş ol” deyib, arvadı bunu ciddi qəbul edib və boşanmaq üçün ərizə yazıb. Adama çox qəribə gəlir, ancaq bunlar olmuş hadisələrdir. 
 
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!