Sabiq birinci lediyə təcavüz etdilər

Sabiq birinci lediyə təcavüz etdilər
Maraqlı məlumatlar
10.09.2017 42
Fil Dişi Sahilinin keçmiş prezidenti gizləndiyi sığınacaqda tutulandan sonra döyülüb, arvadı isə təhqirlərə məruz qalıb.

 

Fil Dişi Sahilində keçirilmiş prezident seçkilərində uduzsa da, dövlət başçısı postunu tərk etmək istəməyən Loran Qbaqbogizləndiyi sığınacaqda tapılıb üzə çıxarılandan sonra döyülüb. Ölkədəki vətəndaş müharibəsinin qalibi isə Fransanın hərbi dəstəyi ilə baş nazir Alassan Quattara olub.



Paytaxt Abican şəhərində prezident iqamətgahına hücum edən Quattara tərəfdarları sabiq prezidenti gizləndiyi sığınacaqda arvadı ilə birlikdə tapıblar.



Sabiq birinci ledi Simona Qbaqbonu görən əsgərlər onu yerə yıxıblar və qadına təcavüz ediblər. Bundan sonra isə müxalifətçi əsgərlər qadını söyüblər və döyüblər.



Əri Qbaqbonun 10 illik iqtidarı dönəmində Simona xalqın nifrətini qazanmışdı. Ölkə vətəndaşları onu "gücünü cadugərlərdən alan qadın" adlandırırdılar.



Yeni prezident Alassan Quattara bildirib ki, Loran və Simona Qbaqbonun məhkəmə prosesi olacaq: "Bu məhkəmə açıq keçiriləcək ki, həmin şəxslərin xalqa qarşı törətdikləri cinayətlərdən hər kəs xəbərdar olsun".



Fransa Müdafiə Nazirliyi isə Fil Dişi Sahilinin sabiq birinci xanımına edilən təcavüzdən xəbərsiz olduğunu bəyan edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!