PuL adami xosbext edir?

PuL adami xosbext edir?
Maraqlı məlumatlar
10.09.2017 17
PuL adami xosbext edir?



Pul xerclemekle xoşbextlik arasında maraqlı bağlılıq tapılıb. Melum olub ki, adamlar pulu özlerinden çox, başqalarına xerclemeyi xoşlayırlar.

 Bu barede Britaniyanın «Elm» jurnalında çıxan meqalede danışlır. Meqalenin müelliflerinden Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetinde psixologiya elmleri üzre dosentdir. O ve hemkarları müeyyen edibler ki, adamlar pul xerclemeyi, pul qazanmaq qeder vacib bilirler. Araşdırma zamanı melum olub ki, az pul alıb, çox pul xercleyen adamlar daha xoşbext görünürler, neinki çox pul alıb, az xercleyenler. Elizabet Dan: «Eksperiment zamanı meni en çox teeccüblendiren o oldu ki, iştirakçıları aldıqları pulun miqdarı yox, o pulu nece xerclemeleri xoşbext edir».



 Sosial elmler üzre mütexessisler deyirler ki, pul özlüyünde adamı xoşbext etmir. 70-ci illerin sonlarında psixoloq Filip Brikmanın meşhur araşdırması da gösterib ki, lotereyada çoxlu pul udan adamlar udmayanlardan xoşbext olmurlar. Çünki çoxlu pul udanlar adi hadiselerden o biri adamlar qeder zövq ala bilmirler.



 Amma son vaxtlar lotereya qalibleriyle aparılan araşdırmalar reaksiyanın ferqli olduğunu gösterib. Uduşlu lotereya sahibleri hem daha varlı, hem de daha xoşbext olurlar. Elizabet Dan deyir ki, araşdırma aparanlar pul udanların pulu nece xerclediyini görseler, ferqi başa düşerler: «Lotereyada pul udan pulu etrafındakılara xercleyirse, meselen, ailesini yaxşı bir seyahete aparırsa, ya da başqa bir şey edirse, doğrudan da evvelkinden xoşbext ola biler».



 Bes, niye pulu başqasına xerclemek adamı daha xoşbext edir? Dan bunu deqiq bilmir, amma meseleni bezi faktorlarla izah edir: «Biz hesab edirik ki, pulu başqasına xerclemeyin öz xeyri var, adam özü haqqında yaxşı fikirde olur. Üstelik, pul xerclediyin adamla münasibetin yaxşılaşa biler. Bu, hem da başqalarına sizi başqa rakursda görmeye imkan verir ve s.»

 Elizabet Dan deyir ki, onların araşdırması tekce lotereya qaliblerini yox, ümumiyyetle, xoşbextliyin mahiyyetini başa düşmeye imkan verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!