Güvəc dostum, düşmənim?

Güvəc dostum, düşmənim?
Maraqlı məlumatlar
10.09.2017 81
 

 Bəzən
gənc analar körpəni güvəcə öyrətməyin ,çətin məsələ olduğunu
düşünürlər. Lakin uşaq böyüdükcə qarnını və sidik kisəsini idarə
etməyi öyrənir. Beləliklə anaya yalnız övladını diqqətlə izləmək və
onun artıq güvəcə hazır olub-olmadığını müəyyənləşdirmək qalır. Lakin
unutmaq olmaz ki, körpənin güvəclə dostlaşmaması sizin öz valideyinlik
vəzifənizin öhdəsindən pis gəldiyinizə dəlalət etmir.Güvəcə münasibət
uşaqlarda biri-birindən fərqlənir.
Onların
əksəriyyəti birinçi il bağırsaqların işini demək olar ki, hiss etmir.
Düz bağırsaq dolan kimi nəcis bayıra elə tez çıxır ki, ana görməyə də
bilir. Digər qrup uşaqlar isə ayrı-ayrı vaxtlarda bir və ya daha
artıq dəfə bayıra cıxırlar. Onu güvəcə bu dövrdə öyrətmək çətin
olaçaq. Uşaq qeyri-müntəzəm olaraq bayıra getdiyindən güvəcdə onu uzun müddət oturtmalı olacqsınız.
O isə nətiçədə hirslənəck və inadkarçasına güvəcə oturmaq istəməyəck.
dur ki, ilk növbədə bilmək lazımdır ki, güvəc "məşğələlərinə» yalnız
iki tərəfin də səyi nəticəsində başlanılmalıdır. Bu dövür körpənin
müstəqil olaraq oturub, dura bildiyi vaxtda təsadüf etməlidir.
Güvəcə
körpəni 2-3 dəqiqə oturdun. Təcrübə göstərir ki, qız uşaqlarını
öyrətmək oğlan həmyaşıdları ilə müqaisədə daha asantdır. Əgər bir
vaxtlar uşağı güvəcə daha tez öyrətməyin tərəfdarları üstünlük təşkil
edirdisə, bu gün əks fikirin tərəfdarları artmaqdadır. Körpə yalnız
18-24 aylarınıda öz təlabatlarını dərk etməyə başlayır. Güvəcə gec öyrədilən uşaqlar güvəclə daha tez dostlaşırlar. Ana
südəmər körpənin yaş əski və bezlərini qısa bir vaxtda
dəyişdirməlidir ki, gələcəkdə ona təmizlik və quruluq hissini aşılasın.
Körpənin
güvəclə dostluğu ananın bacarığından və yanaşmasından da az asılı
deyil. Bir ananın istifadə etdiyi üsullar digər ana üçün də şərt deyil.
Körpələr adətən böyükləri təkrarlamağa çalışırlar. Ana körpənin bu
marağını da güvəclə dostlaşması ücün istifadə edə bilər. Və ya
körpənin oyuncaqlarından da yararlanmaq yerində olardı. Razılaşın ki,
bəzi körpələr kitabları çox sevir. Övladının
istəklərinə nəzarət edə bilən ana bu mövzuya həsr olunan kitablar ala
bilər. Bu zaman kitabdakı şəkillər vasitəsi ilə körpədən nə tələb
olunduğunu ona başa sala bilər. Əsas məqamlardan biri də körpəyə
müstəqil olaraq alt paltarını çıxardıb, güvəcə oturmağı öyrətməkdir.
Bəzi uşaqlar bu zaman anasının köməyinə ehtiyyaç duyur. Ana balacanı
şirnikləşdirməklə bütün işlərin öhdəsindən özünün gəlməli olduğunu başa
salmalıdır.
Valideynlər
körpəni inadkarlıqla öyrətmək istədikdə , uşaq da sərt münasibət
göstərir.Əksinə səbr nümaiş etdirdikdə körpə özü də bu cəhdlərin
iştirakçısına çevrilir. Hətta körpə güvəcə öyrəndikdə belə gecə
saatlarında onu güvəcə oturtmaq asand olmayaçaq. Yalnız 2-3 həftə
sonra o öz uğurunu təkrar edəcək. Önəm verməli olduğunuz daha bir
məqam. Körpəni güvəcə oturdarkən onun belini əyməməsinə, düz oturmasına
çalışın. Əks halda o bu dövürdən başlayaraq belini əyərək oturmağa
adət edə bilər.
Bəzi
uşaqlarsa güvəcə uzun-uzadı oturmaqdan xoşlanmağa başlayırlar.
Oyuncaqları ilə də güvəcdə oturaraq oynayırlar. Bu səhv yanaşma
olduğundan , əsas iş ananın üzərinə düşür.Ana körpənin güvəcdə niyə
oturduğunu ona başa salmalı və belə hallara yol verməməlidir.
Bəzi valideyinlər bu məsələdə daha qərarlı olur və körpəni 6 aylığından başlayaraq güvəcə öyrətməyə çalışırlar.
Əgər
uşaq hər gün səhər yeməyindən 10 dəqiqə sonra bayıra cıxırsa ,
onda xüsusi səy göstərmədən məqsədə tez çatmaq olur. Körpə güvəcə tez
öyrəşir və bunun nəcis ifrazından doğan hisslə əlaqəli olduğunu
düşünür.
Uşaq
ağrılı və bərk nəcis ifrazınıdan qorxduqda isə ona qarşı daha
anlayışlı olun. Nəcis ifrazı zamanı bir dəfə ağrı keçirən uşağın heç
cür bayıra çıxmaq istəməməsini başa düşmək olar. Əgər uşaq iki yaşında
bayıra bərk çıxırsa mütləq həkimlə məsləhətləşmək vacibdir. Həkim
lazım olan dərmanı yazacaq və ya onun yeməyini dəyişməyinizi tövsiyyə
edəcək. Əgər uşaq sizin bütün səylərinizə baxmayaraq inadkarlıqla
güvəcdən imtina edirsə , bu zaman necə əsəbləşdiyinizi göstərməyə
tələsməyin. Valideyinlərin qəzəbi uşağın özünü günahkar hiss etməsinə
gətirib çıxaracaq. Lakin bu yolla onu yola gətirmək mümkün olmayacaq.
Əksinə sərt münasibətinizlə onu qorxaq, utancaq və tez ruhdan düşən
insan kimi formalaşdıracaqsınız.
Redakte etdi: PRETTY GIRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!