Kosmetik vasitələrdən imtina mümkündürmü?

Kosmetik vasitələrdən imtina mümkündürmü?
Maraqlı məlumatlar
10.09.2017 23
Mütəxəssislər qadınları kosmetik vasitələrdən və parfümeriyadan imtina etməyə səsləyir.
Buna səbəb isə son günlərdə aparılmış araşdırmalardan əldə edilən nəticələrdir. Belə ki, ABŞ-ın Boston şəhərindəki Briqam Qadın Hospitalında aparılmış araşdırmaların nəticələrinə görə süni qaralma effekti yaradan kremlər, kosmetik vasitələr, dırnaq və saç laklarından çox istifadə edən qadınlarda şəkərli diabet riski dəfələrlə artır.
20-80 yaş arasındakı 2350 amerikalı qadının cəlb olunduğu tədqiqat zamanı alimlər kosmetik vasitələrin tərkibindəki maddələr ilə orqanizmdəki metabolik pozuntular arasında birbaşa əlaqə aşkarlanıb.
Kosmetik vasitələrin tərkibində ftalatların, xüsusilə də mono-benzil və mono-izobutil ftalatların çox olması qadınların orqanizmlərində şəkərli diabet riskini minimum iki dəfə artırır. Bundan başqa, dırnaq boyası və kremlərdən çox istifadə edən qadınlarda insulin rezistentliyi də qeydə alınıb. Ftalatlar dırnaq və saç laklarında, kremlərdə, xüsusi kosmetik sabunlarda, bahalı şampunların tərkibində müvcuddur. Onlar xassə etibarilə insan orqanizmindəki hormonlara bənzəyirlər.
Kosmetik vasitələr və parfümeriyadan çox istifadə edən qadınlarda ftalatlar yağ toxumasının metabolizminə müdaxilə edir, orqanizmdə ciddi fəsadlar yaradır.
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!