Xoşbəxt cütlük olmaq istəyirsinizsə, 10 məsləhətə əməl edin

Xoşbəxt cütlük olmaq istəyirsinizsə, 10 məsləhətə əməl edin
Maraqlı məlumatlar
10.09.2017 24
 
 
Müqayisə etməÖz həyatını başqalarının həyatı, sevgilini də başqalarının sevgililəriylə müqayisə etmə. Kənardan  gördüklərin sənə yalnız fikir verər, həqiqəti izah etməz. "Onlar çox xoşbəxtdir, biz niyə deyilik?" deyə soruşma. Sən öz münasibətinə  cavabdehsən. Hər insanın ayrı bir şəxsiyyət olduğunu unutma. Təbii ki, bir də keçmişdə başqaları ilə olan münasibətlərini də müqayisə etmə. Keçmiş  keçmişdə qaldı.Xəyal qurmaqda ifrata varmaNağıllardakı bir eşqə sahib olmaq istəyirsən, amma gerçək həyatda yaşayırsan. Qarşındakı insanı olduğu kimi qəbul etməsən və onu xəyallarındakı adama çevirməyə çalışsan bədbəxt olarsan. Çünki xəyal məhsulu bir ruhu bir bədənə köçürə bilməz.Tələsmə!"Bu münasibət hara gedir? Görəsən, evlənəcək mənimlə? Yoxsa, ayrılacaq?" kimi suallar münasibəti soyudur. Axışına burax, onsuz da bu münasibər özü-özünə bir yol açacaq. Evlilik bir son deyil, başlanğıcdır. Buna görə indiki münasibətin məqsədi evlilik yox, xoşbəxt bir birlik olmalıdır. Bunu təmin etdiyiniz zaman onsuz da evlilik də özbaşına gələcəkdir.Açıq sözlü olunNə istədiyini, nə gözlədiyini açıq şəkildə izah elə. Sevgilinin sənin ağlını oxumasını, hərəkətlərindən məna çıxarmasını, eyhamlarını  anlamasını gözləmə. Düşüncələrini özündə saxlayıb toplasan, münasibət qapalı bir müstəviyə keçəcək. Və sevgilin sənin kefsiz olduğunu görüb, nədən incidiyini bilməyincə barəndə nə düşünücək?! Onu bezdirəcəksən. Necə deyərlər, dovşan dağa küsüb, dağın xəbəri yoxdur. Cütlüklər arasındakı ünsiyyətin ən sağlam yolu danışmaqdır. Danışmaq üçün fürsət yarat, istədiyin hər şeyi izah elə.Özünü xoşbəxt etBir münasibət sevgilini xoşbəxt etmək üçün yaşanmaz. Əvvəl özünü xoşbəxt elə, bu münasibətdən həzz al. Yalnız onun üçün yaşamaq, yalnız onun istəklərini yerinə yetirmək səni dəyərdən salır. Özünü xoşbəxt etmədiyin zamanlarda darıxdırıcı hala gəlirsən. Başqa sözlə, öz daxili rahatlığını əldə etməyincə başqalarınada da dinclik verə bilməzsən.Dəyər verSevgilin həyatındakı ən əhəmiyyətli adam olmalıdır. Şəxsiyyəti, davranışları, ətrafındakılar, ailəsi, işi, təhsili, söylədikləri, qısacası onunla münasibətə dair hər şeyə əhəmiyyət verməlisən. Və təbii ki, bunu ona göstərməlisən. Səninlə danışarkən dinləməlisən, ona dəyər verdiyini göstərməlisən. Qətiyyən gözdən salmamalısan, ləyaqətinə toxunmamalısan. Başqalarının yanında nə olursa olsun, sevgilini müdafiə etməlisən.Sorğu-suala tutmaSevgilinin keçmişindəki münasibətlərini soruşma. Bunun sənə bir faydası yoxdur. Keçmişdə yaşadıqlarına ilişib qalsaydı, bu gün səninlə birlikdə olmazdı. Bu tərz sorğulamalar səni bədbəxtliyə, münasibətni də qaranlığa aparır. Sorğu-sual apardıqca narahat olur. Hər müzakirə səndə daha yeni suallar yaradacaq. "Mənə “sevgilim”deyir, görəsən ona nə deyirdi?" kimi axmaq   suallarla mübarizə etmək məcburiyyətində qalarsan.QorxmaDaha əvvəlki münasibətlərdə yaşadığın üzüntülər,  xəyanətlər indiki münasibətə də aid ola bilməz. "Birdən eynisini etsə?" deyə düşünsən, bu münasibətin axırı yoxdur. Hər kiçik problemi böyüdüb, "Görəsən məni buraxıb gedəcəkmi?" qorxusuna qapılmamalısın. Sevgidə itirmə qorxusu yaxşıdır amma bunu ifrata vardırsan, əmin ol qorxduğun başına gələcək!İdeal insan axtarmaİnsan bir münasibətə öz iradəsi ilə başlayır. Yəni, sevgilini sən seçirsən. "Görəsən, daha yaxşısı varmı?" deyə düşünürsənsə, dərhal ayrılacaqsan. Mükəmməl adam yoxdur, mükəmməl münasibət var. Mükəmməl münasibət də yalnız bir tərəfin səyi ilə deyil, ancaq iki tərəfin zəhmətilə formalaşır. Mükəmməli axtarmaq yerinə, mükəmməl münasibəti yaratmağa cəhd elə.Kin saxlamaMünasibət boyunca sevgilinlə mübahisələriniz, hətta küsülü qaldığınız hallar da olacaq. Bu cür problemlərdən sonra kin saxlamamalısan. Xüsusən də  sevgilin səndən üzr istədikdən sonra bu kinin çox bezdirici hərəkət kimi gələcək ona. Hər mübahisədə köhnə dəftərlər açılacaq və kiçik bir məsələ sizi ayrılığa qədər aparacaq qədər böyük davalara səbəb olacaq.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!