İntima kralının evində bakteriyalar tapılıb

İntima kralının evində bakteriyalar tapılıb
Maraqlı məlumatlar
10.09.2017 17
Aparılmış ekspertizanın nəticələri Hyu Höfneri məyus edib.

 

"Playboy" jurnalının banisi və sahibi Hyu Höfnerin malikanəsində fevral ayında keçirilmiş gecə ziyafəti qalmaqalla başa çatmışdı. Çağrılmış qonaqlar arasında 100 nəfər özünü pis hiss etdiyini deyərək həkimlərə üz tutmuşdu.



Həmin hadisə ilə bağlı ABŞ Səhiyyə Nazirliyi əməkdaşları malikanədə araşdırma aparıblar. Araşdırma zamanı "Playboy Mansion" malikanəsinin cakuzisində "legionella" xəstəliyinin bakteriyaları tapılıb.



Los-Anceles Səhiyyə Departamentinin əməkdaşları araşdırma ilə bağlı hesabatı Atlantada keçirilmiş xəstəliklərə nəzarət üzrə konfransda açıqlayıblar.



"Legionella" bakteriyaları insan orqanizmində "Pontiak qızdırması" adlı xəstəlik yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!