Yatış mövqeyinə görə partnerinizin xasiyyəti

Yatış mövqeyinə görə partnerinizin xasiyyəti
Maraqlı məlumatlar
10.09.2017 23
 
Sevdiyiniz insanın yatış mövqeyi onun xasiyyəti haqqında əhəmiyyətli məlumatlar verdiyini bilirsiniz?
Üzüstə yatış tərzi
Xasiyyəti: Bu tip kişilər nəzarəti əllərində saxlamağı çox sevirlər. “Yatış mövqeləri: Bədənin gecə dili” adlı kitabın müəllifi Samuel Dunkell bildirir ki, “bu tip kişi yatmış olsa da nəzarət etmə düşüncəsindən əl çəkmir. Çarpayını bütün bədəni ilə əhatə etməsi, olduğu yeri də nəzarət altında saxlamaq istəyindən irəli gəlir”
Bu mövqe eyni səbəblərə görə də onun iradəsinin nə qədər güclü olduğunu bildirir. “Uğurun göstəriciləri: bədən dilini oxuma bələdçisi” adlı kitabın müəllifi Patdi Wood isə “bu tip kişilər əsasən məqsədə çatmaq yolunda irəliləyirlər” deyə əlavə etmişdir.
Arzuladığı cinsi əlaqə: Üzüstə yatan kişilər ənənəvi olduqlarına görə dəyişiklikləri sevməyə bilər. Bu səbəbdən də xoşladığı pozaya sadiq qalar. Eynilikdən can qurtarmaq üçün bəzən dəyişik şeylər etməyi təklif edin və ya heç gözləmədiyi bir zamanda onu öpməyə başlayın.
Arxası üstə yatış tərzi
Xasiyyəti: Bədəninin bu vəziyyətdə açıq olması özünə olan güvəninin və optimistliyinin göstəricisidir. Wooda görə bu yatış mövqeyi ilə bədəninin həssas hissələrini ortaya çıxardaraq, şüur altı olaraq özünə nə dərəcədə güvəndiyini sərgiləyir.
Qollarını və əllərini necə qoyduğuna diqqət yetirin. Kral mövqeyi olaraq bilinən qollarını başının arxasına qoyması onun kibirli olduğuna işarədir. Dunkelin sözlərinə görə “arxası üstə yatan insanlar əsasən çox soysaldılar və həmişə diqqət mərkəzində olmaq istəyirlər”
Arzuladığı cinsi əlaqə: Enerjili və sərt. Wood bununla bağlı da “qarşınızda nəzarəti əlində saxlamaq istəyən bir kişi tipinin olduğunu” bildirir.
Yan tərəfə yatış tərzi
Xasiyyəti: Ən çox rast gəlinən mövqe. Bu vəziyyətdə yatarkən xoruldayan kişilər, rahat olduqları qədər əl çatması asan insanlardırlar. Dunkell yana yatmanın ən rahat mövqelərdən biri olduğunu və həm sağa, həm də sol tərəfə yatan kişilərin arxası üstə daha rahat olduqlarını vurğulayır.
Ayaqlarını qarnına tərəf çəkməsi onun nə qədər romantik və rahatlıq axtaran bir insan olduğunu göstərir. Həmçinin bu vəziyyətdə bədənə daha rahat siqnallar göndərilir.
Arzuladığı cinsi əlaqə: Müsbət biri olması ön sevişməyə daha çox üstünlük verdiyini göstərir. Uzun və ehtiraslı öpüşmə onu hərəkətə gətirəcəkdir.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!