Manna yarması: faydalıdır yoxsa ziyanlı?

Manna yarması: faydalıdır yoxsa ziyanlı?
Maraqlı məlumatlar
10.09.2017 86
Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır.

Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu sıyıq tövsiyə olunmur.

Hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki hazır deyil. Manna yarması isə bir çox yarmalar kimi karbohidratlarla zəngindir.

Manna yarması “qlüten” adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların, sorulması pozulur. Vaxtında müalicə olunmadığı təqdirdə uşaq bu xəstəlikdən hətta həlak ola bilər.

Bundan əlavə manna yarmasında “fitin” adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.

Beləliklə, həkimlərin fikrinə əsasən, manna sıyığı 1 yaşından sonra olan uşaqlara vermək olar. Lakin 3 yaşına qədər olan uşaqlara bu sıyığı həftədə 1 dəfədən artıq vermək məsləhət görülmür.

35 yaşından yuxarı olan insanlara da tez-tez manna sıyıqlarını yemək məsləhət görülmür. Bunun səbəbi isə, körpələrdə olduğu kimi, manna sıyığının orqanizmdə kalsiumun mənimsəməsinə mane olmasıdır. 35 yaşından sonra osteoporoz (sümüklərin sıxlığının azalması) xəstəliyi inkişaf etməyə başlayır və rasionda manna sıyıqlarının tez-tez olması bu xəstəliyin inkişafını sürətləndirə bilər. Osteoporoz xəstəliyinin ağırlaşmalarından biri tez-tez baş verilən sınıqlardır. Sınıqların ən təhlükəli olanı isə bud boynunun sınığıdır ki, yaşlı insanda əlilliklə və hətta ölümlə də nəticələnə bilər.

Manna yarması tək sıyıqlarda deyil, müxtəlif şirniyyatların hazırlanmasında da istifadə olunur.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!