Münasibətlərinizin gələcəyini 30 saniyədə anlayın

Münasibətlərinizin gələcəyini 30 saniyədə anlayın
Maraqlı məlumatlar
10.09.2017 42
[/b]
 Araşdırmalara görə ilk 30 saniyə bir əlaqənin yaşanıb yaşanmayacağını anlamaq üçün kafi bir müddət . Qadının müsbət siqnallar verməsi halında kişinin səhvli bir davranışı əlaqənin başlamadan bitməsinə səbəb olar. Aşağıda ifadə edilən xüsusiyyətlərə sahib və sizə qarşı davranışlarına diqqət yetirən birinə 30 saniyədə dərhal aşiq olmanız çox çətin deyil..
İşdə cütlərin bir-birlərində axtardıqları xüsusiyyətlər

Zarafat qabiliyyəti: Bir qadını və ya kişini güldürə bilmək, ürəyinin yarısını da qazanmaq deməkdir. Zarafat qabiliyyəti çox yüngül amma təsirli bir silah, kiçik amma hər şeyi bir anda dəyişdirə biləcək bir detaldır. Ağıllıca edilən zarafatlar, söhbətin səmimiləşməsini təmin edəcək ən təsirli üsuldur.
Gülümsəmə: Qadınların kişilərdə axtardıqları ən əhəmiyyətli xüsusiyyətlərdən biri də gülərüzdür. Gülümsəmə, sizi cazibədar edən ünsürlərdən biridir. Yüzünüzü işıqlandıran isti bir gülüş, onu əldə etmənizi təmin edəcək. Nəticə, qəti və tezdir. Üstəlik gülümsəməniz sizin nə hiss etdiyinizi bütün sözlərdən daha yaxşı izah edər. Əgər xoşbəxtsənsənik, birindən xoşlanırsınızsa, aşiqsinizsə və ya onun üçün dəli olursunuzsa, bunu tək söz belə etmədən yalnız bir gülümsəmə ilə elan edə bilərsiniz.
Təbiilik: Bütün cazibədarlığınızı olduğunuz kimi göstərə bilsəniz, yəni təbii ola bilsəniz, qətiliklə qarşınızdakını təsir edə bilərsiniz. Həyatı və insanları sevmək, həyat enerjisi və həyəcan kişiləri də qadınları da çəkər. Üstəlik heç səy sərf etmədən, təbii bir şəkildə...
Sürprizlər: Qadınlar və kişilər sürprizlərə huşunu itirərlər. Xüsusi günləri fürsət bilib, ona xoşbəxt olacağı hədiyyələr hədiyyə edin. Verəcəyiniz hədiyyənin içinə romantik bir şeir ya da eşqinizi zarafatlı bir şəkildə ifadə edəcək kiçik bir kart əlavə etməyi də unutmayın. Nə qədər təsirli olduğunu görəcəksiniz.
Doğru hədiyyələr: Qadınlara və kişilərə ən doğru hədiyyəni seçmək, onun ürəyini on ikidən vuracaq. Qadınları çiçək , ətir və gözəl qablanmış bir şokolad təsir edəcəyi kimi, kişiləri isə qələm və qalstukla təsir edə bilərsiniz.
 
Tərcümə və Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!