Qabyuyan süngər mikrob yuvası imiş

Qabyuyan süngər mikrob yuvası imiş
Maraqlı məlumatlar
10.09.2017 23
 
Evdar xanımlara dəhşətli xəbər: Qabyuyan süngər evin ən təhlükəli və çirkli əşyası imiş. Bu süngərlər unitaz oturacağından 200 000 dəfə çirkli imiş.
 
Arizona Universitetinin mikrobioloqu  Çarlz Qerb (Charles Gerb) Avstraliyanın, Kanadanın, Almaniyanın, Hindistanın, Malayziyanın, Səudiyyə Ərəbistanın, ABŞ-nın və İngiltərənin 180-dən  çox  yaşayış evində araşdırma apararaq bakteriya mənbəyi olan əşyaların siyahısını hazırlamışdır və qənaətə gəlmişdir ki, qabyuyan süngər bakteriya baxımından bu əşyaların ən təhlükəlisidir.
Bu mətbəx əşyasının hər 2 santimetrində 10 mln bakteriya olduğu  aşkar edilmişdir. Masaüstü bezdə isə daha az – 1 milyon bakteriya vardır. Ekspertlər evin bütün bez və süngərlərini 60 dərəcə isti suda yumağı məsləhət görürlər.
Evlərin 40%-də soyuducuların daxili divarları və rəfləri də bakteriya yuvası kimi seçilmişdir. Lakin, unitaz oturacağı, təəccüblü olsa da, evin ən təmiz yeri kimi  qeydiyyata alınmışdır, çünki o mütəmadi olaraq antibakterial vasitələrlə təmizlənirmiş.
 
 Redaktə etdi: ALİYEVA.T
 
                                                                  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!