Ev təmizliyində 5 səhf addım

Ev təmizliyində 5 səhf addım
Maraqlı məlumatlar
10.09.2017 64
Səhv 1. Təmizlik zamanı tələskənlikTəmizlik prosesində hər bir qadın əlavə təmizləyici vasitələrdən istifadə edir. Bəzən bu vasitələri müxtəlif səthlərə sürtüb heç gözləmədən süngər vasitəsilə silirik. Halbuki, təmizləyici vasitələrin bakteriyalara təsir etməsi üçün bir neçə dəqiqə tələb olunur.Səhv 2. Rezin əlcəklərsiz iş görməkTəmizlik zamanı rezin əlcəklərin geyilməsi mütləqdir. Çünki təmizləyici vasitələr dərini qurutmaqla yanaşı, dəri qıcıqlanmasına, iltihablaşmasına, dərinin vaxtından tez qocalmasına, qırışmasına gətirib çıxarır. Kimyəvi vasitələr reproduktiv sistemə son dərəcə mənfi təsir göstərir.Səhv 3. Aerozollardan hədsiz istifadəAerozol şəkilli vasitələr maye formasında olan təmizləyici vasitələrə nisbətən daha təhlükəlidirlər. Çünki aerozol təkcə çirklənmiş obyektə deyil, ümumilikdə havaya yayılır ki, bu da burunun və gözün selikli qişasına mənfi təsir edir. Aerozollardan çox istifadə edən qadınlarda astma tutulmalarına daha sıx rast gəlinir.Səhv 4. Bir neçə təmizləyici vasitənin eyni anda istifadəsiBəzən qadınlar elə düşünür ki, bir neçə fərqli təmizləyici vasitələrdən istifadə daha yaxşı effekt verə bilər. Halbuki bu əsla belə deyil. Əksinə, fərqli yuyucu vasitələrin birgə istifadəsi kimyəvi reaksiyalara səbəb ola bilər ki, bunun da nəticəsi ağır ola bilər.Səhv 5. Yastıqların gec təmizlənməsiYun yorğanlar, yastıqlar gənələr üçün ən yaxşı mənbədir. Belə ki, yastıqlar insan dərisinin ölmüş hüceyrələrini özünə çəkir və bu da bir çox parazitlər üçün sonradan qida mənbəyinə çevrilir. Ona görə də yastıq, yun örtülərinizi 2 ayda bir dəfə quru təmizləməyə verməlisiniz. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!