Fenlə nələr edə bilərəm?

Fenlə nələr edə bilərəm?
Maraqlı məlumatlar
10.09.2017 54
[/b]
 Əlimizin altındakı obyektləri, həyatımızı asanlaşdıracaq və praktiklik təmin edəcək başqa sahələrdə də istifadə edə bilmək möcüzə! Bu səbəblə sizə saç quruducusunu evinizin fərqli sahələrində istifadə edə biləcəyiniz bir neçə təklif təqdim etmək istədik.

 Şam ləkələrini çıxarar
Qurumuş şam ləkələrini və ya uşaqlarınızın şamlı boyalarının buraxdığı ləkələri əvvəl saç qurutma maşını ilə yumşaldın və bir bezlə üstündən alın. Geri qalanı 1-1,5 ölçək su və ağ sirkə qarışığı ilə isladılmış bezlə silin.

 Buğlu aynalara həll
Duşdan sonra buğlanan aynanı rahat istifadə edə bilmək üçün, saç quruducunuzu ən istiyə alaraq aynaya tutun. Beləliklə buğ yox olacaq və makiyajınızı rahatlıqla edəcəksiniz.

 Qırışan paltarlarınız üçün
Paltarlarınızı diqqətlə ütüləsəniz belə şkafın içində kiçik qırışıqlar meydana gələ bilər. Hər səfərində təkrar ütü masası və ütünü çıxarmaq yerinə yüngül qırışıqların üzərinə saç qurutma maşınını tutaraq qırışıqlığı aça bilərsiniz.
Yaxa və kənarlar üçün saç düzləşdiricisi də son dərəcə təsirli ola bilir.

 Plastik parçanı açmaq üçün
Plastik süfrələr ya da duş pərdələriniz yuyunduqdan sonra büzül büzül çıxır deyilmi? Ütüləmək olmaz təbii amma saç qurutma maşınıyla qırışqlıqları aça bilərsiniz.

 Rənglərlə əylənin
Uşaqlarınızla birlikdə içinizi açacaq bir dekoratif poster yarada bilərsiniz. Şam boyaları şəkil dəftərinin üzərinə yapışdırıb saç quruducusuyla istilətsəniz belə bir rəng şəlaləsi əldə edə bilərsiniz.

 Ayaqqabılarınızı istilədin
[b]Soyuq qış günlərində buz kimi ayaqqabının içinə ayağınızı salmaqdan xoşlanmırsınızsa , ayaqqabınızı geymədən əvvəl içini fenle istilədə bilərsiniz.

Tərcümə və Redaktə etdi:PURE LOVE











скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!