Bir qızım olsaydı..

Bir qızım olsaydı..
Maraqlı məlumatlar
10.09.2017 16
 
[/b]
 
 Bir qızım olsaydı əgər,

Alardım onu qucağıma, incitməkdən qorxaraq zəif bədənini…
Sarardım onu bütün istiliyimlə və " Yaxşı ki, doğdun" deyərdim..
Bir qızım olsaydı..
 Dünyaya gəlmənin təəccübü ilə sıxdığı barmaqlarını yavaşca açar,
Öpərdim kiçicik əllərini..
Hər an içimdə hissetmək üçün, gözəl qoxusunu,

Ayırmazdım yanımdan və qoxlayardım doya-doya…

Bir qızım olsaydı..
 Bir qızım olsaydı əgər;
Heç bir şeyə bənzəməzdi Ona olan sevgim..
Heç bir şey  onun qədər gözəl ola bilməzdi..
Çünki O, mənimdi…
Çünki O, mənim canımdı..

Çünki O, mənim əksik qalan, və məni tamamlayan əksik parçamdı…
Bir qızım olsaydı..
 Bir qızım olsaydı əgər;
Gülməsini istəyərdim həmişə, ağlayanlara inad..
Sevməsini istəyərdim insanları, qarşılıqsız və çıxarsız…
Görməsini istəyərdim, ətrafındakı gözəllikləri,
Baxıbda görməyənlərə inad..
Əsla unutmasın, istərdim edilən yaxşılıqları..
Əfv etsin istərdim, edilən xətaları..
Və yaşamasını istərdim, ölümə inad..

Bir qızım olsaydı..
 Bir qızım olsaydı əgər;
Qapqara saçları olsun istərdim, rüzgarda dalğalanan..
Gözəl baxan ala gözləri olsun istərdim..
Yanaqlarında qəmzələri olsun istərdim
Gülümsəyincə bəlli olan..
Və anasına bənzəsin istərdim..
Onun qədər gözəl və əlçatmaz…
 



 


P.s. Yazının müəllifi:  Yasin Avcı



Redakte etdi: PRETTY_GİRL



 




[b]




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!