Təcrübəsiz ev xanımlarına məsləhətlər

Təcrübəsiz ev xanımlarına məsləhətlər
Maraqlı məlumatlar
10.09.2017 83
[/b]
 [b]

 
Təmiz qabın sirləri
 
Ət çəkdikdən sonra kartof və ya quru çörək çəksəniz ətçəkən maşını yumaq daha da asanlaşar.
…Qrafinin dibində olan ağ çöküntünü yox etmək üçün içinə qaynar su və 1 çay qaşığı essensiya tökməyiniz kifayət edəcək, 1 dəqiqə sonra isə qrafini təmiz su ilə yaxalayın.
 
 
Gümüşün itmiş parıltısını bərpa etmək üçün  limon şirəsi ilə siqaret külünü qarışdırın və gümüş  əşyalarınızı  silin.Gümüş əşyalarınızın üzərində olan tünd ləkələri isə ağardıcı diş məcunu vasitəsi ilə apara bilərsiniz.
…Dibi yanmış qazanın içinə soyuq su töküb, duz əlavə etsəniz bir neçə saatdan sonra onu yumağınız daha rahat olacaq.
 
Pis qoxunu necə yox edək?
Qaz plitəsini qaynar olarkən nəm bezlə silin. Bu zaman ondan pis qoxu gəlməyəcək.
 
Qaz konforunun üzərində olan pas ləkəsini qaynar bitki yağı ilə silin.
Termosdan xoşagəlməz qoxu gəlirsə onu sirkəli su ilə yumaq yetərlidir.
 
Əllərinizdən soğan və ya sarımsaq iyi gəlirsə əllərinizi qəhvənin xıltı ilə təmizləyin.
 
…Aktivləşdirilmiş qara kömür soyuducudan gələn pis qoxunu aradan qaldırır.
…Soyuducunun rəflərinə düzülmüş covdar çörəyinin dilimləri də pis qoxunu aradan götürür.
 
 


Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!