“Ehtiras dağıdıcı qüvvədir...”

“Ehtiras dağıdıcı qüvvədir...”
Maraqlı məlumatlar
10.09.2017 82
 
 Xəyanət. Bəziləri üçün tamamilə yad bir anlayış, bəziləri üçün isə
işgəncəyə çevrilmiş bir mövhumdur. Bəs insanları xəyanətə sövq edən
nədir? Əsrlər, məhəbbət əfsanələri bir-birini əvəzləsə də bu mövzu yenə də
öz aktuallığını itirmir. Xəyanət və xəyanət edən insanların
psixologiyası ilə bağlı hesabsız sayda kitablar yazılsa da, bu mövzu
hələ də tam təhlil edilməmişdir. Bir ailəli qadının yad kişinin yatağına
atılmasını təsəvvür etdikdə belə dəhşətə gəlirik, amma belə halların
olmsaını inkar etmək mümkündürmü? Xəyanətin qurbanına çevrilən ər isə
özünü alçalmış hiss edir, cavabsız suallar onun aqressivləşməsinə və
sonda mənəvi şəkildə özünü məhv etməsinə səbəb olur...


Mən iki insan həyatını məhv etdiyimi unutmaq üçün bu məktubu yazıram. Unutmaq istədiklərimi yazıb,yandırıram...
Konfransların birində mən mülayim görünüşlü bir gənc qız ilə tanış
oldum. İti ağlı ilə fərqlənən qadınlar hər zaman diqqətimi cəlb edirdi.
Psixologiya ilə maraqlanması isə mənim ona olan marağımı daha da
artırdı. Cazibədar bir qadın, dəlisov qadın ətri... Gündəlik fəlsəfi
söhbətlər bizim ikimizi də əyləndirirdi. Azad münasibətlər hər ikimizi
qane edirdi. Günlər keçdikcə bizi əhatə edən intimual aura gərginləşirdi,
bunu hər ikimiz anlayırdıq, qarşımızdakı yeganə sərhəd bizi əhatə edən
insanlar idi. Bu sərhəddi də dəf etdik. Restoranlar mehmanxanalar ilə,
fəlsəfi söhbətlər isə "Sən məni dəli edirsən”, "Sənsiz yaşaya bilmərəm”,
"Sən mənim ehtirasımsan” sözləri ilə əvəz olunurdu. Mən onu sevdim, onu
öz yatağımda sevdim...
Gecələrin birində o embrion pozasında uzanıb, dizlərini sinəsini çəkmişdi.Məzlum və çarəsiz görünürdü.
-Nə olub?
-Mən sənə yalan demişəm.
-Bəlkə yalan deməmisən, sadəcə həqiqəti deməyi unutmusan? 
-Unutmuşam, evli qadın olduğumu unutmuşam. Mən alçaq bir qadınam. Hər
gün onu qapıdan işə yola salıb, sənin yatağına dönürəm, hər növbəti gün
onun gözlərinə baxaraq xəyanət edib, yalan deyirəm, uşaqlarımın atasına
yalan deyirəm...
Göz yaşları. Onun göz yaşlarını ilk dəfə idi ki,
görürdüm. Məncə o, peşman olduğuna görə deyil, əslində bu yataqdan
ayrılmaq istəmədiyinə görə göz yaşları tökürdü. Amma bu yataq artıq məni
ona bağlamırdı. Yataq sevgisi müvəqqətidir. Yollarımızın ayrılacağını
bilirdi, ondan aldığım həzz artıq mənə kifayət etmişdi.
Bir
müddətdən sonra ondan bir məktub aldım. Məktubdan həyat yoldaşından
ayrıldığını və onun əyyaşa döndüyünü öyrəndim ... Məktubunda unuda
bilmədiyim yeganə sözlər: "Mən ərimə ayrılmaq istədiyimi, söyləmək
qərarına gədiyim günün səhəri o, intihar etdi. Qərarımı söyləməmişdim,
amma o, bilirdi, xəyanət etdiyimi anlamışdı, axı neçə illər bir yatağa
baş qoyduğun insandan nə isə gizlətmək mümkün olmur. Ölümündən əvvəl
vərəqdə 4 söz yazmışdı: "Övladlarımı öpdüyün kirli dodaqlarına nifrət
edirəm." Amma, peşman deyiləm, çünki səninlə yaşadıqlarım həyatımda ən
gözəl anlar idi”.
Mənim məktubumdakı son sözləri isə belədir "Mən
də peşman deyiləm, çünki mənim üçün də yaşadıqlarımız, həyatımdakı ən
xoşbəxt anlar idi...”

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!